Makareviç sərt baxışlarını mənə çevirdi və "hə, onda cavab versin görək" deyə dilləndi.
Allaha çox şükür ki, avtomatın hissələrini asanlıqla saydım. Makareviç mənim bunu hardan bildiyimi soruşdu. Mən də həm orta məktəbdə, həm də burda öyrəndiyimi dedim. Burda sizə belə şeylər öyrədirlər deyə soruşdu. Bəli öyrədirlər, dedim.