Müslüm Maqomayev: Musiqidə bir zirvə Monoqrafiya - Джейран Вейдаддиновна Пиралиева 10 стр.


       Müslüm deyirdi: Nizam-intizam bizim ailədə çox ciddi şəkildə qorunub saxlanırdı. Əmim özünə inanan kommunistlərdən idi. Onu ələ almaq, aldatmaq mümkün deyildi. Həmin zaman məni tərbiyə edən şəxs yüksək dövlət vəzifəsi tuturdu Kifayət qədər oyuncaqlarım var idi. Təhsil almağım və musiqi ilə məşğul olmağım üçün münbit şərait yaradılmışdı. Yaxşı yadımdadı, nə vaxt ki, Mariya xaladan yalvararaq pul istəyirdimsə o, etiraz edirdi və deyirdi:

       Böyüyüb özün pul qazanarsan, onda başa düşərsən ki, pulu necə qazanırlar.

       Bu cür, etirafların qarşısında Ayşət xanımın söylədiklərinə inanmaq gülünc, bəlkə də, Məlikməmməd nağılı qədər müəmmalı və möcüzəli g örünə. Sadəcə olaraq be lə məntiqsiz fikirlərin arxasında Ayşət xanımın diqqəti özündən kənarlaşdırmaq, özünü doğrultmaq, səhvlərini ört-basdır etmək, bir sözlə , əməllərini gizlətmək və s. niyyətlər dayanırdı.

       Müslümün anasından küsməsi və inciməsinin, həmçinin, uzun müddət onunla əlaqə, ünsiyyət qurmamasının bünövrəsində, məhz Ayşət xanımın soyuq, laqeyid, məsuliyyətsiz hərəkətləri və doğma övladına qarşı qayğısız münasibətdə olması dayanırdi. Bu, de facto belə idi.

       Həmin dövrdə, Müslümün həmyaşıdları uşaqlar üçün qalaydan hazırlanan balaca maşın və oyuncaqlarla oynayırdılar, Müslüm isə babasından miras qalan püpitrin üzərinə notları qoyub əlinə qələm alaraq təsəvvüründə canlandırdığı orkestrə dirijorluq edirdi. O, əvvəlcə skripkada ifa etməyə cəhd gostərmişdi. Müslüm də, başqa uşaqlar kimi hər şeyi öyrənməyi çox sevirdi, hər şeyə maraq və diqqət yetirirdi: mexaniki oyuncaqların necə düzəlməsi, onların iş prinsipi, ümumiyyətlə, bütün bunları öyrənmək üçün onları sökür, yığır, hərdən də sındırırdı. Bu, texniki yaradıcılıq Müslümü bütün həyatı boyu tərk etməmiş, hətta, yetkin yaşlarında onu məşğul etmişdi. Müğənni hər zaman kefini açmath və başını qatmama, birsözlə, məşğul olmath məqsədilə müasir elektron oyuncaqlarla məşğlus vene printinə həminll Hətta, son illər doğmaları, yaxınları, əzizləri onun kompüterdə oynadığını görəndə deyirdilər:

        Lap, uşaq kimidir !

       Müslüm isə bu sözlərdən qətiyyən inciməzdi və əksinə, əminliklə deyərdi:

        Əgər insanda uşaqlıq əlamətləri itirsə, sadəlövcəsinə demək olar ki, qocalıq vaxtı artıq yetişibdi.

       Uşaqlıq illərində, Müslüm mövcud təlabat və marağıni babasından yadigar qalan skripka ilə tamamlayırdı. O, skripkanı gah sökür, gah açıb içinə baxır, orda nə olduğu ilə maraqlanırdı. Sonda, bu, skripkanın sınması və yenidən kleylənməsi ilə nəticələnirdi. Həmin skripka sonralar musiqi aləti bərpa edən ustalar tərəfindən yenidən təmir olunaraq düzəldilmiş və hal hazırda Bakı müzeylərinin birində əntiq əşya kimi qorunubırakılıl.

       Bəstəkar-dirijor babasının həyat yolunu davam etdirən Müslümün ilk macəraları evlərindəki böyük royaldan başlamışdı. Royalın böyük, Müslümün isə balaca olması onlara dostluq etməsi üçün heç bir problem yaratmamışdı, əksinə, hər şey bir-birini daha yaxşı tamamlayırdı. Beləki, artıq üç yaşı olarkən Müslüm melodiyaları seçmək, yığmaq və götürmək qabiliyyətinə malik idi. Onun ilk bəstəsi beş yaşına təsadüf etmişdi və o, bunu bütün həyatı boyu yaddan çığartmamışdı. Çox sonralar Müslümün yaratdığı həmin bəstəyə şair Anatoli Qoroxov şeir yazır. Nəticədə, Bülbülün saatı adlı yeni mahnı ərsəyə gəlir

       Xatirələrində nənəsi Baydagül xanımla bağlı olan maraqlı məqamları gündəmə gətirən və eyni zamanda özünün son dərəcə dəcəl, böyük sözünə baxmayan və nadinc uşaq olduğunu etiraf edən müğənni həmin anları xoş təəssuratlarla yaddaşının süzgəcindən keçirirdi və peşiman olduğunu təəssüf hissi ilə qeyd edirdi. O, xatirələr kitabında yazırdı: Baydagül (yaz çiçəyi deməkdi: -M.M.) nənəmi çox sevirdim, ancaq çox eşitmirdim. Tez-tez istər və ya istəməz, hər şeydən öngə, uşaq arsızlığı, ağılsızlığı baxımından xətrinə dəyirdim, incidim və çalırdım. O, mənə nə isə, sözsüz ki, əhəmiyyətli bir şey deyirdi, amma mən artıq orda yox, küçədə olurdum, harda ki, məni eyni cür dəcəl, şuluqə nadinc uşaqylar girözl. Nə qədər nənəm məni çox istəyirdisə, mən bir o qədər onu incidirdim və xətrinə dəyirdim. İndi nənəmin hansı dərəcədə səbrli olması haqqında düşünürəm və onu gec də olsa başa düşürəm

       Onun uşaqlıq dövründə dəcəl, nadinc, şuluq olması və eyni xasiyyətli məhəllə uşaqları ilə oynaması heç də pis qarşılanmamalıdı. Bu, həmin yaşda olan oğlan uşaqları üçün normal hesab oluna bilər.

       O, kifayət qədər nənə nəvazişi və qayğısından bəhrələnsə də, baba sevincini yaşaya bilməmişdi. Çünki onun babası, böyük musiqiçi balaca Müslüm anadan olmazdan beş il əvvəl dünyasını dəyişmişdi.

       Müslümü həyatı boyu bir sual daim izləyib və düşündürüb, daha doğrusu, maraqlandırıb. O, bilmək istəyirdi ki, babası Əbdül-Müslüm həyatda necə adam olubdu? Əlbəttə, o doğma və yaxınlarının sözlərindən babası haqqında kifayət qədər informasiya ala bilmişdi. Lakin bütövlükdə bunlar onu qane etmirdi, beləki o, babası haqqında daha çox, daha mükəmməl, daha müfəssəl bilmək istəyirdi. Ona bəlli idi ki, babası çox əliaçıq, səxavətli, hamıya kömək edən bir insan olubdu. Müğənni xatirələr kitabında bəstəkar Üzeyir Hacıbəylinin Əbdül- Müslümə Peterburqdan ünvanlandığı bir təşəkkür məktubunu misal gətirərək onun bir hissərəɱn oxutular.

       O, (Üzeyir Hacıbəyli: -C.P.) yazırdı:mənim imkanım var ki, işlərimlə rahat məşğul olum, bunun nəticəsi idi ki, mən Konservatoriyaya daxil oldum; bütün bunlar üçün səmimi kömək etmək istəyinə görə sənə (Əbdül- Müslümə : -C.P.) borcluyam; bu arzumu yerinə yetirmək üçün sən rahatlığını və sağlamlığını qurban verdin. Görəsən mənim imkanım olacaqmı bütün bunlar üçün sənə təşəkkür edim?

       Əbdül-Müslüm Maqomayevin Üzeyir Hacıbəylinin Peterburq Konservatoriyasında təhsil almasına etdiyi maddi köməklik haqqında oxucu auditoriyasında məlumatın olub və ya olmaması haqqında heç nə deyə bilmərəm, ancaq tam əminliklə söyləmək olar ki, respublikanın ədəbi-mədəni ictimaiyyəti, ziyalı musiqi elitası, sözsüz ki, bu barədə kifayət qədər informasiyaya malikdi . Əbdül-Müslümün ünvanına Üzeyir Hacıbəyli tərəfin-dən 1914-cü ildə Peterburq şəhərindən göndərilən məktub Maqomayevlərin şəxsi arxivlərində bu günə qədər qorunub saxlanılır.

       Balaca Müslüm həmişə babası ilə fəxr etmişdi. Onun haqqında xatirələr danışmaq, sanki ona xüsusi ləzzət verirdi. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda görürürürəm ki, nəvll məhz, babasına oxamaaa, onun kimi olmağa bütün həytük voyuuuuuu, boyath burden Buunu Buunu Boya Buunu Boyan bun underst stick O, yazırdı: Babam, həm dostluq, həm də istədiyi vaxt səmimi jest etməyi bacarırdı. Hər halda bizdə az adam tapılar ki Babam biləndə ki, Üzeyir Hacıbəyli bu işlə məşğuldu, onda o, başladığı partituranı cırır və deyir: Üzeyir yaxşı yazar.

       O, həm də dostu Üzeyirdən fərqli olaraq şən həyat tərzi keçirməyi xoşlayırdı və özünə yaxşı kef çəkməyə imkan verirdi. Nə vaxt ki, keflə yaşamaq istəyən günahkar Zülfüqar Hacıbəyli o zaman ki, taksi faytonla babamın arxasınca gələrdi, onlar həmən öz qayğılı sifətləri ilə nənəmə deyirdilər: teatrda, operada musiqi ilə bağlı problemli iş var. Ancaq fayton onların arxasınca əl yelləyən Baydagül xanımın müşahidə dairəsindən kənara çıxan kimi istiqamətini dəyişərdi.

       Bəzi çeçen jurnalistlər Əbdül-Müslüm Maqomayevin ölümü ilə bağlı qaranlıq və məntiqsiz, zidiyyətli fikirlər söyləmişdilər. Guya böyük Azərbaycan bəstəkarı represiya qurbanı olmuşdu. O, həbs edildikdən sonra Nalçikə gətirilmiş və həbsxanada məlum olmayan şəraitdə həyatla vidalaşmışdı. Sonradan onun nəşi Bakıya gətirilərək burda, Fəxri Xiyabanda dəfn olunmuşdu. Sözün açığı, bu, o qədər inandırıcı görünmür, əksinə, bu cür fikirlər insanda ironiya yaradır, sarkazm doğurur.

       Birincisi, tarixə istinad edərək əminliklə söyləmək olar ki, represiya qurbanlarını başqa yerə aparmağa və hardasa dəfn etməyə icazə vermirdilər. Biz bunu misal olaraq mərhum şair-dramaturq Hüseyn Cavidin timsalında gostərə bilərik. Bizim nəsilin nüma-yəndələrinin yaxşı yadındadı ki, uzun illər keçəndən sonra Hüseyn Cavidin nəşi Ulu Öndər Heydər Əliyevin böyük əməyi, bacarığı sayəsində Sibirdən Azərbaycana gətirilmiş və doğulduğu Naxçıvan şəhərində el adət-ənənəsi ilə dəfn olunmuşdu;

       İkincisi, əgər Əbdül-Müslüm Maqomayev represiya qurbanı olsaydı SSRİ rəhbərliyi heç vaxt icazə verməzdi ki, onun nəşini paytaxt Bakıda, özü də, Fəxri Xiyabanda dinlər ets Çünki bu sovet məfkurəsinə tamamilə uyğun gəlməyən və ziddıyyət təşkil edən bir prosesdi;

       Üçüncüsü, bəstəkarın böyük oğlu Cəmaləddin əvvəlcə sənaye naziri, sonra Azərbaycan SSRİ Nazirlər Soveti sədrinin müavini və daha sonra SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSRİ-nin Moskvada daimi nümayəndəsi vəzifələrində çalışmasına icazə və imkan verilməzdi;

       Dördüncüsü, ən əsası, Maqomayevin oğlanları: Cəmaləddin və Məhəmməd Sovet İttifaqı Kommunist Partiyasının üzvüləri idilər. Həmin dövrün insanları yaxşı xatırlayır ki, nəinki atası, hətta, uzaq qohumları represiyaya məruz qalanların, həmçinin, həbsxanada olanların yaxın və doğmalarını partiya sıralarına qəbul etmirdilər və yüksək dövlət vəzifəsinə təyin etmirdilər, çünki bu sovet ideologiyasının tələbi idi.

       Gətirdiyim arqument və faktlara əsaslanaraq tam əminliklə deyə bilərəm ki, bəzi çe-çen jurnalistlərinin söylədikləri fikirlər uydurma, yalan və cəfəngiyyatdan başqay biil. Çeçenistan jurnalistləri, bu cür uydurmaları mətbuat səhifələrində yaymaqla nəvə Müslüm Maqomayevə psixoloji və mənəvi təsir göstərib müğənnini özləri tərəfə çəkmək, Çeçenistana aparmaq istəyirdilər. Bu, barədə xatirələr kitabında Müslümün yazdığı məlumatlar fikirlərimlə eynilik təşkil edir və üst-üstə düşür.

       Müslüm yazırdı: Babamın xəstələnməsi və vəfatı ilə bağlı nənəmin danışığını eşidən Camal əmim gülərdi və söz verərdi ki, nə vaxt təqaüdə çıxsa memuar yazmağa başlayacaq. Ancaq çox təəssüflər olsun ki, ölüm Cəmaləddin Maqomayevə bu istəyini reallaşdırmağa imkan vermədi.

       Yeddi yaşlı Müslümü 1949-cu ildə Bakı Konservatoriyasının nəzdində fəaliyyət gostərən onillik-musiqi məktəbinə qoyurlar. Bu, məktəbə daxil olmaq üçün bir meyar mövcud idi: təbii istedad. Həmin məktəb və orda dərs deyən çox gözəl, istedadlı pedaqoq-müəllim heyəti ilə bağlı Müslümün yaddaşında-coğrafiya fənnindən və ingilis dilindən dərs deyən Arkadi Lvoviç və musiqi savadı verən Aron İzrailoviç daha çox qalmışdı.

       Müslümün nadir səsi haqqında ilk dəfə onun səkkiz yaşı tamam olanda xəbər tutublar. Həmin vaxt gələcəyin ulduzu xor ilə birlikdə çox səylə, ciddi cəhdlə Yat mənim sevincim, yuxuya get mahnısını ifa edirmiş. Bu, zaman müəllimə bütün uşaqlara susmaq işarəsi verir. Özünü eşitməyən, nadir, təmiz və güclü uşaq səsi ilə Müslüm oxumağına davam edir. Həmin zaman o, təsəvvürünə, belə, gətirə bilməzdi ki, bu onun birinci solosu ağıla gəlməyən, mümkün olmayan yüksəlişə doğru aparan yolun, pillənin başlanığıcı idi. Müslüm böyük inamla vurğulayırdı ki, bu nadir və məlahətli səs ona anasından, musiqi istedadı, musiqi qabiliyyəti isə maqomayevlərdən gəlibdi. Müğənninin yüksək zirvəyə çatmasında, sözsüz ki, böyüdüyü ailənin, musiqi məktəbinin, konservatoriyanın, təcrübə keçdiyi opera səhnəsinin, ən əsası isə, Bakı mühitinin özünəməxsus ənənəsi mühüm rol oynamışdı.

       Müslümün təqribən doqquz yaşı olanda anası onu Vışniy Voloçoka, teatrda işlədiyi şəhərə aparır. Müslüm əvvəlcə onun nəzər diqqətini cəlb edən səliqəli bu rus şəhərciyini və onun sadəlövh insanlarını sevir, onlara bağlanır. Bu oğlan ilk dəfə burda, həqiqi rus qəlbinin nə oldugunu anlayır. Balaca Müslüm ilk məşğuliyyətini musiqi məktəbinin pedaqoq u V.M.Şulqina ilə davam etdirir. Bu qadın son dərəcə gözəl, ağıllı, səbrli, istedadlı bir müəllimə olaraq Müslümə xüsusi diqqət yetirir. Müəllimə məktəbdən başqa, həm də şəhər dram teatrında musiqi tərtibatçısı kimi fəaliyyət göstərir, həm də teatr üçün musiqi seçir, onları işləyib hazırlamaqla məşğul olur, tədris müəssisələrindən birində xor dərnəyinə rəhbərlik edirdi. Müslümün xatirələrinə əsaslanaraq demək olar ki, bir dəfə Valentina Mixaylovna Şulqina AS Puşkinin Anjelo tamaşasına musiqi tərtibatı hazırlayanda doqquz yaşlı Müslümü orkestr üçün düzəldilmiş xüsusi çalada, royalın yanında otuzdurur. Müslüm, sanki bu xoşbəxtlikdən donub qalır-teatrı, onun şirin tozlu ətrini, pərdə arxası səsli və sakit anlarını, uzun sürən məşqlərini həmişvirəlik yadr saxlayı

       Müslümdə teatra olan maraq tezliklə üzə çıxır və bu oğlan uşaqlara kukla tamaşası hazırlamaq ideyasını verir. Həmin vaxt artıq o, kağızdan və palçıqdan müəyən fiqurlar hazırlamağı bacarırdı. Onun bu, istedadı çoxda böyük olmayan Petruşka tamaşası üçün kukla hazırlamaqda çətinlik yaratmır. Uşaqlar poct qutuları əldə edirlər və onlardan səhnə düzəldərək tamaşaya mövzu yazır və ipə bağlanmış marionetkalar ilə on dəqiqəlik qısa səhnəcik oynay. Balacalar istəyirlər ki, onlarda hər şey əsl teatrda olduğu kimi alınsın. Bu, məqsədlə onlar bilet üçün pul alırlar, əlbəttə ki, rəngli konfet kağzlarından..

       Vışniy Voloçokda Müslüm təxminən bir ilə yaxın yaşayır və anası Ayşət xanımın qərarı ilə yenidən musiqi təhsilini davam etdirmək üçün Bakıya qaytarıl. Çox keçmir ki, Ayşət Əhməd qızı ikinci dəfə ərə gedir, yeni ailə yaranır. Ayşət xanım şəxsi maraqlarını övladının həyatından üstün hesab etdiyi üçün Müslümü Bakıya gondərir. Ayşət xanımın yeni nigahdan Yura və Tanya adlı iki övladı dünyaya gəlir. Bununla da, Müslümün həyatda ana bir qardaşı və bacısı olur.

       Həyat yoldaşını müharibədə itirən Ayşət xanım teatr karyerasını və şəxsi həyatını davam etdirmək məqsədilə oğlu Müslümü əmisi Cəmaləddinin və nənəsi Baydagül xanımın ixtiyarına verir. Əmisi balaca Müslümü musiqi təhsili almaq üçün xüsusi məktəbə qoyur. O, Bakı Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi məktəbində fortepiano sinifində təhsil almağa başlayır. Uşaqda olan istedadı görən Bakı Konservatoriyasının professoru, violonçelist V.T.Anşeloviç onunla xüsusən maraqlanır və Müslümə ayrıca dərs verməyə başlayır. Beləki, məktəbdə vokal sinifi yox idi.

Назад Дальше