Tamara xanım 1972-ci ildə BA Pokrovskinin rəhbərliyi altında Moskva Dövlət Akademik Kamera Musiqili teatrının iştirakı ilə R.K.Şedrinin Yalnız məhəbbət deyil əsərində Varvara Vasilyevanın partiyasını ifa etmişdi. Bundan sonra o, çoxlu xarici qastrol səfərlərində olmuş və Varna yayı musiqi festivalında iştirak etmişdi.
Tamara İlyiniçna Fransa, İtaliya, İspaniya, Belçika, Avstriya, İngiltərə, ABŞ və sair bir çox dünya ölkələrinin opera teatrlarının səhnələrində uğurla çıxış etmişdi. Xanım müğənni, həmçinin, konsert proqramları ilə Cənubi Koreya və Yaponiyada qastrol səfərlərində olmuşdu. Müğənninin repertuarına daxil olan partiyaların bir çoxu geniş şəkildə ilk dəfə xarici ölkələrin səhnələrində səslənirdi.
Bir dəfə, belə bir hadisə baş verdi. Hansısa səfərdən geri, Moskvaya dönən Müslüm yolunu mənim yanımdan, Kazan şəhərindən salır. Onda, Tatarıstanda qastrolda idim. Kazan teatrının səhnəsində Çarın gəlini operasında Lyubaşanı oxuyurdum. Fasilədə tamaşaçılara təzim etmək üçün səhnəyə çıxdım. Bu, zaman Müslümün adından mənə çox böyük gül dəstəsi gətirdilər. Mən, bu gül çələnginin arxasında görünmürdüm Nə vaxt ki, Müslüm lojada göründü, tamaşaçılar üçün opera öz əhəmiyyətini itirdi, deyən, -Tamara xanım xatirələrini pərəstişkarları ilə bölüşmüşdü.
2010-cu ilin oktyabr ayının 25-də Moskvada, Müslüm Maqomayevin şərəfinə Vokalçıların Birinci Beynəlxalq müsabiqəsi keçirildi. Həmin müsabiqədə çıxış edən Tamara Sinyavskaya demişdi:
Müslüm Maqomayev, həm opera, həm də estrada səhnəsində kral idi. Buna görə də müsabiqə çox gərgin olacaqdı, çünki, həm opera müğənnisi, həm müzikl və neapolitan mahnılarının ifaçısı, həm də estrada janrının mahir ustası kimi çox geniş diapazonlu səs imkanlarına malik olan musiqiçi tapmaq olduqca çətindi.
Mətbuat konfransında iştirak edən Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu nun təsisçisi, həmyerlimiz Araz Ağalarov isə fikrini qısa və yığcam ifadə edərək demişdi:
Bu, bizim hamımız üçün və şəxsən mənim üçün böyük şərəf və xoşbəxtlikdi. Hesab edirəm ki, Müslüm Maqomayev üçün görülə biləcək ən böyük iş elə budu.
Tamara İlyiniçnaya həsr olunan bu bölməni, Müslüm Maqomayevlə Tamara Sinyavskayanın birgə, duet şəklində ifa etdikləri məşhur və unudulmaz Ey əziz anam, Azərbaycan mahnısının Azərbaycan və Rus dillərindəki variantını misal gətirməklə tamamlairamaq istə:
Ey əziz anam, Azərbaycan!
Ey əziz anam, Azərbaycan,
Sənə bağlıyam, Azərbaycan.
Ömrümün mənasısan, Azərbaycan,
Qardaşlıq dünyasısan, Azərbaycan,
Anamın anasısan, Azərbaycan.
Ömrümün mənasısan, Azərbaycan,
Qardaşlıq dünyasısan, Azərbaycan,
Anamın anasısan, Azərbaycan.
Baharlı yurdum, Azərbaycan,
Çinarlı yurdum, Azərbaycan.
Sənsən eşqim, zəfərim, Azərbaycan,
Çağlayan Kür, Xəzərim, Azərbaycan,
Günəşli al səhərim, Azərbaycan,
Sənsən eşqim, zəfərim, Azərbaycan,
Çağlayan Kür, Xəzərim, Azərbaycan,
Günəşli al səhərim, Azərbaycan,
Ты меня зовешь, Азербайджан.
Ты во мне поешь, Азербайджан.
Как огни твои светлы, Азербайджан.
Как слова твои теплы, Азербайджан.
Ты звезда моей судьбы, Азербайджан.
Ты звезда моей судьбы, Азербайджан.
Ey əziz anam, Azərbaycan!
Bu mahnı, həmçinin, bu mahnının necə yaranması, o cümlədən mahnının bu iki görkəmli, təkrarolunmaz müğənnilər tərəfindən ifa olunması barədə sonrakı fəsillərdə daha geniş və müfəssəl söhbət açacam .
İKİNCİ
FƏSİL
AZƏRBAYCANDAN DÜNYAYA YAYILAN AVAZ...
SSRİ Xalq artisti, bir çox beynəlxalq festivalların laueratı, opera və estrada müğənnisi, bəstəkar, pianoçu Müslüm Məhəmməd oğlu Maqomayev 17 avqust 1942-ci ildə Azərbaycanın paytaxtı qədim Bakı şəhərində, Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi, dirijor, pianoçu Əbdül-Müslüm Maqomayevin ailəsində dünyaya goz açmışdı.
Körpənin ilk səsini, ilk qığıltısını, ilk həyəcanını, ilk naləsini eşidənlər ağıllarına, hətta belə, gətirə bilməzdilər ki, yenicə eşitdikləri bu, səs gələcəkdə dünyanın ən möhtəşəm konsert saraylarını, ən nüfuzlu səhnələrini, ən böyük idman meydançalarını öz avazı ilə ziynətləndirəcək, ağzınacan dolu dinləyici auditoriyasını məftun və heyranedici cazibəsi ilə ağuşuna alaraq əbədiyyət dünyasına səyahətə aparıb-gətirəcəkdi. Heç kəs deyə bilməzdi ki, yenicə doğulan körpə milyonlarla insanı mahnı və bəstələrinin həqiqi ovsununa, sehrinə salacaq, onları heyrətləndirəcəkdı.
Azərbaycanın böyük bəstəkarı və dirijoru Əbdül-Müslüm Maqomayevin böyük oğlu Cəmaləddin 1910-cu, kiçik oğlu Məhəmməd isə 1916-ci ildə dünyaya göz aışdlar. Teatr işçiləri ailəsində doğulan kiçik Müslümün atası Məhəmməd teatr rəssamı, teatr tərtibatçısı, anası Ayşət xanım Əhməd qızı isə dramatik aktrisa idi.
Ayşət xanımın rəfiqəsi Valentina Osipovna Müslümlə anası arasında mövcud olan ayrılığı xatirələrində qeyd edərkən reallığı əks etdirməyən bəzi yanlış məqamlara toxunmuşdu, səhvə yol vermişdi. Ancaq qətiyyətlə demək olar ki, bu yanlışlıqda Valentina Osipovnanın heç bir günahı, heç bir təqsiri yox idi, çünki bu, qeyri-müəyyən faktları rəfiqələrinə Ayşət xanım özü danışmışdı. Oh, ( Valentina Osipovna : -C.P.) isə sadəcə olaraq Ayşət xanımdan eşitdikləri təkrarlamaqla kifayətlənməli olmuşdu.
Onun danışığından, belə, aydın oldu ki, həlak olan həyat yoldaşının ailəsində Ayşət xanımı iki dəfə məzəmmət ediblər. Birinci dəfə o, Şərq adət-ənənəsinə zidd çıxaraq ailədə qalmayanda. İkinci dəfə isə Müslümü ana babasının və nənəsinin yanına aparanda. Ayşət xanımın dediklərinə görə Müslüm uşaqlıqda dələduz olub, az qalıb ki, pis uşaqlar ilə əlaqə qursun. Bu, hərəkəti ilə Ayşət xanım Müslümü pis vərdişlərdən və dələduzlardan xilas edibdi. Müslüm ailədən zorla ayrılıb və kiçik yaşlarında əzab, əziyyət və iztirablar çəkibdi, -deyərək, -Valentina Osipovna fikirini tamamlamışdı.
Müslüm Maqomayevin yazdığı Melodiya mənim məhəbbətimdi xatirələr kitabını, həmçinin, müğənninin müxtəlif vaxtlarda, müxtəlif mətbuat orqanlarına verdiyi çoxsaylı müsahibələri bir neçə dəfə, təkrar-təkrar oxuduqdan sonra belə qərara gəldim ki, Ayşət xanımın Müslümün uşaqlıq illəri, onun pis uşaqlara qoşulması, dələduzluq etməsi və əzab-əziyyət çəkməsi ilə bağlı söylədiyi fikirlər heç bir məntiqə əsaslanmır və tamamilə səhvdir. Məhz, bu, nöqteyi-nəzərdən çıxış edərək Müslüm haqqında deyilənlərlə razılaşmaq imkanım xaricindədir. Əgər, xatırlayırsınızsa yuxarıda Ayşət xanımla bağlı olan bölmədə, bilərəkdən Müslümün anasını müzakirə və mühakimə obyektinə çevirməkdən yan keçdim və qeyd etdim ki, yeri gəldikcə bu məsələyə bir daha qayıdacam. Düşünürəm ki, bu məqamda problemi kənara qoymaq qətiyyən real görünmür, çünki Valentina Osipovnanın Ayşət xanıma istinadən söylədiyi fikirlərin arxasında yalnız uşaq Müslüm, onun ailəsi-əmisi Cəmaləddin və onun həyat yoldaşı Mariya İvanovna, sözsüz ki, nənəsi Baydagül xanmı qınaq hədəfinə çevirmək məqsədi diqqət mərkəzinə gətirilmir. Burda, həm də bizim gözəl Bakı şəhəri, azərbaycanlı uşaqlar, həmçinin, həmin məhəllədə yaşayanların əxlaqı, nizam-intizamı, milli adət-ənənələr qınaq predmetinə çevrilir.
Tam əminliklə deyə bilərəm ki, Müslümün uşaqlıq illərinə bu cür yanaşan Ayşət xanım yalnız özünü müdafiə etmək, özünə bəraət qazanmaq prinsipini qarşısına əsas məqsəd olaraq qoymuş və sözsüz ki, nisbətən də olsa rəfiqələrini buna inandırmağa nail olmuşdu, ən azından, mən bu cür düşünürəm. Çünki həmin zaman kəsiyində Ayşət xanımın rəfiqələri Bakıda cərəyan edən ictimai-siyasi proseslər, Müslümün ailəsi və azərbaycanlı uşaqların mövcud durumları haqqında məlumatlı deyildilər. Məhz, buna görə də, onların Ayşət xanımın bu çəfəngiyyatına inanmaqdan başqa ayrı çarələri qalmırdı. Əgər gətirilən bəhanələri əsaslar üzərində analitik təhlil etmiş olsam aşağıdakı nəticəni əldə edə bilərəm:
1.Müslüm Maqomayev həyət dostları haqqında heç vaxt mənfi fikirdə olmayıbdı, əksinə, müğənni onlar haqqında daima xoş düşüncələr səsləndirib , hətta, böyüyüb boya-başa çatdıqdan sonra imkan daxilində onlarla əlaqə saxlayıb, görüşüb və dostluğunu davam etdiribdi. Ayşət xanım bəzi müsahibələrində əvvəl didiklərini unudaraq oğlunun həyət yoldaşları, yaşadığı məhəl müxtəlif mənfi, qeyri-real fikirlər Əgər onun (Ayşət xanımın: -C.P.) dedikləri, -doğru olsaydı, Müslümün dostları və məhəllə yoldaşları: P. Bülbüloğlu, A.Babel, İ.Kozlovski, İ.Aktyamov, V.Vasilyev və başqaları pis yola gedərdilər;
2.Müslümün dediklərindən aydın görünür ki, onun ev İvan Qroznusu hesab etdiyi Camal əmisi və onun savadlı, diqqətçil həyat yoldaşı, Mariya İvanovna Ayşət xanımdan fərqli olaraq heç vaxt Müslümün pis uşaqlarla əlaqədə olmasına imkan verməzdilər. Ümumiyyətlə, bu, qayğıkeş və tələbkar insanlar çoxsaylı fikirlərində bir dəfə də olsun Müslümün pis uşaqlara qoşulduğunu dillərinə gətirməmişdilər. O ki, qaldı kiçik Müslümün əzab-əziyyət içində böyüməsinə, bu, fikir tamamilə və kökündən yanlışdı. Həmin dövrdə, yüksək vəzifədə çalışan Cəmaləddin Maqomayev, uşağa ən yaxın və doğma olan Baydagül xanım və istiqanlı Mariya İvanovna buna yol verə bilməzdilər. Çox illər keçdikdən sonra Müslümün nənəsi Baydagül xanımı xatırlaması, qiyabi və gec də olsa ondan üzr istəməsi, Mura xalanı (Maria İvanovnanı: -C.P.) xoş təəssüratlarla yad etməsi Müslümün isti və doğma əllərdə olmasından, o cümlədən böyük diqqət və qayğı ilə əhatə olunmasından xəbər verən fakt kimi qəbul olunmalıdı ;
3.Ayşət xanım kiçik Müslümü ata ailəsindən ayıranda onun cəmi üç yaşı var idi. Üç yaşında uşaq heç vaxt küçədə tənha qala, pis vərdişlərlə məşğul ola və dələduzlara qoşula bilməzdi. Cəfəngiyyat Mənasız bir fikir Elə deyilmi? Axı üç yaşında uşaq pisin və ya yaxşının nə olduğunu tam mənada anlamadığı bir halda necə bu cür işlərə qurşana bilərdi? Sadəcə olaraq bunların hamısı bəhanədən başqa ayrı cür başa düşülməməlidi;
Bağışla məni nənə. İndi mən başa düşürəm ki, uşaqlıq illəri hara gedir, həmçinin, anlayıram ki, biz uşaqlıqda kimi sevmirik, kim ki, bizə diqqətini, qayğısını və xoş sözlərini əsirgəmir, biz onlara ərköyün münasibət göstəririk, o isə həmişəlik və birdəfəlik səma və dəniz kimi hara isə axıb gedir, -deyərək, -Müslüm xatırlayırdı.
4.Hormətli oxucular! Bu, monoqrafiyanı mütaliə edərkən Müslümün dostları haqqında daha dürüst və daha ətraflı informasiya alacaqsınız və bir daha əmin olacaqsınız ki, Bakının bu gözəl məhəlləsində, Müslümlə birlikdə böyüyən uşaqların hamısı zaman keçdikcə ali təhsil almış, istedadlı, qabiliyyətli, tərbiyəli insanlar olaraq cəmiyyətə inteqrasiya olmuş, həyatda layiqli mövqe tutmuş, birsözlə, özlərini təsdiqləmişdilər.
Müslümün uşaqlıq dövrü, əsasən də, anası Ayşət xanımın yanında yaşadığı dövr bir o qədər yaxşı, keşməkeşli, ürəkaçan olmamışdı. Müslüm atasını xatırlamırdı və xatırlaya da bilməzdi, çünki onun atası Müslümün üç yaşı tamam olmayanda alman faşistləri ilə Berlin ətrafında gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Muslum atasını lap körpə olanda görmüşdü. Bu, isə ona atası haqqında nə isə bir fikir deməyə imkan verə bilməzdi.
Məhəmmədin ölümündən dərhal sonra Ayşət xanımın təhsil dalınca getməsini, doğma, körpə balasını qayğısız qoymasını və ikinci dəfə ailə həyatı qurmasını yüksələn xətt üzrə araşdırası olsam hamıya yaxşı məlum olan bir təmayülün şəxsi marağın şahidi olaram. Baxmayaraq ki, Müslüm anasını ikinci dəfə ailə həyatı qurmaqda günahlandır mırdı. Ancaq Ayşət xanım bu cür qınağa, bəlkə də, bundan artığına çox layiq idi. Əlbəttə, bu, mənim subyektiv fikirim kimi başa düşülməlidi
Həmin vaxt balaca Müslüm əmisi Camalın və nənəsi Baydagül xanımın himayəsi al tında xoşbəxt yaşayırdı, özü də çox xoşbəxt yaşayırdı. Sual oluna bilər ki, valideyin qay ğısı və diqqəti olmadan xoşbəxt yaşamaq olarmı? Əlbəttə, bu, suala birmənalı cavab vermək çox çətindi. Amma mövcud vəziyyəti nəzərə alaraq tam əminliklə demək olar ki, diqqətsiz, kimsəsiz, tənha, ehtiyac içində yaşamaqla müqayisədə, bu cür həyat xoşbəxt bil hesab ol. Təmiz və səliqəli geyinmək, vaxtlı-vaxtında qidalanmaq, isti və bəyaz yorğan-döşəkdə yatmaq, məktəbli ləvzimatları və kitablarla təmin olunmaq, ən yaxşı şə hər məktəblərindən birində təhsil almaq və s. söylədiyim fikirlərin təsdiqi və bariz nümunəsi kimi qəbul oluna bilər.
Müslümün böyüməsi, təlim-tərbiyəsi və əxlaqı ilə konkret olaraq əmisi Cəmaləddin və həyat yoldaşı Mariya İvanovna məşğul olurdular. Onların diqqəti, ayıq-sayıq iti nəzarəti altında kiçik Müslüm yaxşı əxlaq görmüş, tərbiyə və savad almışdı. Burda heç bir vacib amil nəzər diqqətdən kənarda qalmamalıdı. Bu, Müslümün Azərbaycanda, daha doğrusu, Bakıda böyüməsi idi. Sözsüz ki, Ayşət xanımın yaşadığı Çimkənd, Vışniy Volo çok, Barnaul kimi əyalət şəhərləri siyasi və mədəni mərkəz hesab olunan paytaxt Bakı ilə müqayisədə rəqabətə girə bilməzdi.
Müslüm deyirdi: Nizam-intizam bizim ailədə çox ciddi şəkildə qorunub saxlanırdı. Əmim özünə inanan kommunistlərdən idi. Onu ələ almaq, aldatmaq mümkün deyildi. Həmin zaman məni tərbiyə edən şəxs yüksək dövlət vəzifəsi tuturdu Kifayət qədər oyuncaqlarım var idi. Təhsil almağım və musiqi ilə məşğul olmağım üçün münbit şərait yaradılmışdı. Yaxşı yadımdadı, nə vaxt ki, Mariya xaladan yalvararaq pul istəyirdimsə o, etiraz edirdi və deyirdi:
Böyüyüb özün pul qazanarsan, onda başa düşərsən ki, pulu necə qazanırlar.
Bu cür, etirafların qarşısında Ayşət xanımın söylədiklərinə inanmaq gülünc, bəlkə də, Məlikməmməd nağılı qədər müəmmalı və möcüzəli g örünə. Sadəcə olaraq be lə məntiqsiz fikirlərin arxasında Ayşət xanımın diqqəti özündən kənarlaşdırmaq, özünü doğrultmaq, səhvlərini ört-basdır etmək, bir sözlə , əməllərini gizlətmək və s. niyyətlər dayanırdı.
Müslümün anasından küsməsi və inciməsinin, həmçinin, uzun müddət onunla əlaqə, ünsiyyət qurmamasının bünövrəsində, məhz Ayşət xanımın soyuq, laqeyid, məsuliyyətsiz hərəkətləri və doğma övladına qarşı qayğısız münasibətdə olması dayanırdi. Bu, de facto belə idi.