Əbdül-Müslüm Məhəmməd oğlu Maqomayev (1885-1937)
(Muslum Maqomayevin babası)
Görkəmli Azərbaycan bəstəkarı, istedadlı pedaqoq, gözəl pianoçu, dirijor, ictimai xadim Əbdül- Müslüm Məhəmməd oğlu Maqomayev 18 sentyabr 1885-ci ildə Qroznı yaxınlığında yerləşən Köhnə Ataq kəndində, dəmirçi-silahqayıran ailəsində anadan ol muşdu. Deyilənlərə görə onun atası Məhəmməd Maqomayev teypa vaşendoroy türk qəbiləsinə məxsus olubdu. Maqomayevlər nəsili öz başlanığıcını qədim çeçen kəndi Köhnə Ataqdan götürsələr də, etnik mənsubiyyətinə görə çeçen deyillər. Çeçenlərin Müslüm Maqomayevi özlərinin ki, hesab etmələrinə baxmayaraq, müğənni dəfələrlə bu fikirə münasibət bildirərək qətiyyətlə etiraz etmiş, rədd cavabı vermişdi. Bu, məntiqlə heç vaxt razılaşmayan müğənni özünü həmişə əsl azərbaycanlı hesab etmiş, ömrünün sonuna qədər düşüncəsində israrlı olmuşdu. Bu, məntiqin doğruluğunu Heydər Əliyevin dəqiq və gözəl ifadə etdiyi bir kəlamda daha aydın görmək mümkündü. O, Muslum Maqomayevin həyat yoldaşı Tamara xanıma muraciət edərkən demişdi:
Tamara, sən bütün Azərbaycanın gəlinisən! Ona görə ki, Müslüm Maqomayev bütün Azərbaycanın oğludu
Başqa bir tərəfdən, Müslümün ana babası, Ayşət xanımın atası Əhməd Gəncəlioğlu milliyyətçə Türkiyədən Rusiyaya işləməyə gələn azərbaycanlı idi.
Yuxarıda qeyd etdik ki, dəmirçi-silahqayıran Məhəmməd Maqomayevin ailəsində üç oğlan və üç qız uşağı dünyaya göz açmışdı. Əbdül- Müslümün musiqi ilə maraqlanması heç də sadə təsadüf nəticəsində baş verməmişdi. Onun böyük qardaşı Malik zamanında çox gozəl musiqiçi kimi yaşadığı ərazidə ad çıxara bilmişdi. O, həm fleyta, həm də qarmon alətlərində yaxşı ifa etdiyindən şənliklərdə iştirak edirdi. Qeyd etmək olar ki, Malik Maqomayevin vaxtilə yaratdığı Şamilin ləzginkası adlı rəqs havası bu gün də Çeçenistan Respublikasında çox dəbdədi və məşhurdu.
İlk təhsilini Qroznı şəhər məktəbində alan və orda musiqi aləti skripkanı ifa etməyi öyrənən gənc Əbdül- Müslüm 1899-cu ildə, on dörd yaşında Qori şəhərində yerləşən Qafqaz Müəllimlər Seminariyasına daxil olur. Seminariyada başqa fənlərlə bərabər musiqi və nəğmə dərslərinin keçirilməsi Əbdül- Müslümün ürəyinə əlavə rahatlıq gətirir. Qroznuda oxuyarkən skripka alətində daha yaxşı ifa etməyi öyrənən gənc, Qori Müəllimlər Seminaiyasında qarmon alətinə meyl gostərir və tezliklə onu da mənimsəyir. Bütün bunlar, onun musiqi dünyasına gəlməsində, bir musiqiçi kimi yetişməsində, o cümlədən gələcəyini müəyyən etməsində mühüm və müstəsna rol oynayır.
Qori Müəllimlər Seminariyasında təhsil alan Azərbaycanlı uşaqların çoxluq təşkil etməsi, həmçinin Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov kimi qayğıkeş pedaqoqların seminariyada dərs deməsi gənc Əbdül-Müslümdə Azərbaycan xalq mahnılarına olan həvəsi daha da artırır. Çox keçmir ki, o, bu mahnıları xüsusi bir zövqlə ifa etməyə başlayır.
Hələ Qroznı şəhər məktəbində oxuyarkən konsertlərdə iştirak etməsi, sanki onu püxtələşdirmişdi, normal bir musiqiçi səviyyəsinə qaldırmışdı. Bunun məntiqi nəticəsi olaraq o, Qori Müəllimlər Seminariyasında heç bir çətinlik çəkmədən tezliklə yeni kollektivə uyğunlaşır, hamının sevimlisinə çevrilir və diqqəti özünə çəkməyi bacarır.
Konsertlərə mütəmadi dəvət alan gənc oğlan skripka və qarmonla bərabər, həm də klarnet alətinidə də ifa etməyi öyrənir. Bütün maneələri rahatlıqla, çətinlik çəkmədən dəf edən istedadlı Əbdül- Müslüm Qori Müəllimlər Seminariyasında təhsil aldığı illərdə musiqiyə, həmçinin onun tarixinə, musiqi nəzəriyyəsinə, ifaçılıq peşəsinə, birsözlə, musiqinin bütün sirlərinə dərindən və mükəmməl yiyələnə bilir. Azərbaycan musiqisinin patriarxı hesab olunan Üzeyir Hacıbəyli ilə birlikdə təhsil alır. Gənclərin bir-biri ilə isti və xoş münasibətdə olması, sonralar onların arasında dostluğa, hətta, qohumluğa çevrilir.
Hər iki bəstəkar terequlova bacıları ilə ailə həyatı qururlar. Üzeyir Hacıbəyli Məleykə xanıma, Əbdül- Müslüm Maqomayev isə Baydagül xanıma evlənirlər. Maraqlı faktlardan biri də ondan ibarətdi ki, Əbdül-Müslüm və Üzeyir eyni gündə və eyni ildə anadan olmuşdular. Onlar Qori Müəllimlər Seminariyasında birgə təhsil almış və hər ikisi Azərbaycan musiqisinin təməlini qoyanlardan olmuşdular.
Qori seminariyasında babam qaboyda ifa etməyi öyrənir. O, həm skripkaçı, həm də qaboyçu kimi seminariyanın tələbələrindən təşkil olunan orkestrdə çıxış edirdi. Əbdül-Müslüm on səkkiz yaşında orkestrin aparıcı musiqiçisi olmaqla bərabər, həm də lazım olanda orkestrdə dirijoru əvəz edirdi. O, həmçinin Qori Müəllimlər Seminariyasında musiqi nəzəriyyəsi elminə dərindən yiyələnə bilmişdi. Seminariyanı müvəffəqiyyətlə başa vuran babama skripka hədiyyə etmişdilər. -deyən, Müslüm babası ilə fəxr etməyi çox xoşlayırdı.
Seminariyanı əla qiymətlərlə bitirən Əbdül-Müslüm əvvəlcə Qafqazın bir neçə kəndində qısamüddətli pedaqoji fəaliyyət gostərir. Sonda ona Azərbaycanın Lənkəran şəhərinə göndəriş verirlər. O, ilk müstəqil musiqi peşəsinə, məhz Lənkaranda, musiqi gecələri və teatr təqdimatları hazırlamaqla başlayır. Maqomayev uzun müddət pedaqoq- musiqiçi kimi Lənkəranda işləyir. Onun bu şəhərdə həm musiqi, həm ictimai, həm mədəni-maarif məsələləri ilə olması yerli camaat tərəfindən rəğbətlə qarşılanır, ona olan hörmət günbə-gün artır.
Həyat elə gətirir ki, Əbdül Müslüm 1911-ci ildə Tiflis Müəllimlər İnstitutunda təcili imtahan verir və ailəsi ilə birlikdə Bakıya gəlir. Əvvəlcə Azərbaycan Musiqi Teatrında orkestr solisti, sonralar isə onun dirijoru olur.
Uşaqlıq illərində biz şəxsi soy kökümüzə kifayət qədər maraq gostərmirik. Mən, balaca Müslüm Maqomayevə lazım idi ki, uşaq olarkən böyük Əbdül-Müslümün həyatı haqqında onu tanıyanlardan və onunla bir yerdə olanlardan daha müfəssəl mımımatlar al. Getdikcə uşaqlıq və gənclik illərində buraxdığım boşluqları doldurmağa başladım. Tanınmış babamın həyat və yaradıcılığı mənim üçün xüsusi maraq kəsb edirdi. Onun arxivinə baxdım, məktublarını oxudum, ən əsası isə, babamın musiqilərinə qulaq asdım. Heyif ki, mən onun həyatı haqqında yalnız dolayısı danışa bilirəm, amma çox inamla deyə bilərəm ki, mənim babam böyük bəstəkar və dirijor olubdu. Mən, mütləq onun yolunu davam etdirməliyəm. Həm bəstəkar, həm dirijor, həm də pianoçu olmalıyam. Bu ideyanı qiyabi olaraq mənə bağlamaq üçün doğulanda mənə onun adını qoyublar. Beləliklə, mən Əbdül- Müslümün tam hüquqlu adaşı olmuşam. Həmin zaman mənim eyniyaşıdlarım maşın və qalaydan düzəldilən oyuncaqlarnan oynadığı bir halda, mən babamın püpitrini qarşıma qoyub, əlimə qələm götürüb təsəvvürümdə canlandırdığım orkestrə rəhbərlik edirdim, -deyərək, nəvə Müslüm fikirlərini bölüşmüşdü.
Babasının həyat və yaradıcılığı Müslüm Maqomayevi daima maraqlandırıb. O, babasından qalan arxiv materiallarını diqqətlə öyrənib, doğma və yaxınlarının babası ilə bağlı danışıqlarına qulaq asıb, aldığı məlumatları toplayaraq sintez edib və babasının mümkün olan obrazını təsəvvüründə və təxəyyülündə canlndırmağa, formlaşdırmğa çalışıb və bir sual ətrafında həmişə illüziya qurmağa səy göstəribdi. Nəhayət ki, müğənni, qismən də olsa mənim babam necə olubdu? sualına cavab tapa bilmisdi.
Babasının həyat və yaradıcılığı Müslüm Maqomayevi daima maraqlandırıb. O, babasından qalan arxiv materiallarını diqqətlə öyrənib, doğma və yaxınlarının babası ilə bağlı danışıqlarına qulaq asıb, aldığı məlumatları toplayaraq sintez edib və babasının mümkün olan obrazını təsəvvüründə və təxəyyülündə canlndırmağa, formlaşdırmğa çalışıb və bir sual ətrafında həmişə illüziya qurmağa səy göstəribdi. Nəhayət ki, müğənni, qismən də olsa mənim babam necə olubdu? sualına cavab tapa bilmisdi.
Doğmalarımın dediklərindən bildim ki, babam olduqca səxavətli, əliaçıq, ədalətli, həmçinin, insanlara mütəmadi kömək etməyi bacaran bir insan olubdu. Üzeyir Hacıbəylinin Peterburqdan babama ünvanlandığı bir məktub indiyə kimi bizim ailə arxivində qorunub saxlanıbdı. Həmin məktubda Üzeyir dostu Əbdül-Müslümə göstərdiyi maddi köməkliyə görə təşəkkürünü bildirərək yazırdı:
Mənim imkanım var ki, sakitcə işlərimlə məşğul olum. Bunun məntiqi nəticəsidi ki, mən konservatoriyaya daxil oldum. Bütün bunlar üçün, göstərdiyin həqiqi köməyə görə sənə ürəkdən təşəkkür edirəm və bunun üçün sənə borcluyam. Bu arzumun yerinə yetməsi üçün sən rahatlığını, həmçinin, sağlamlığını qurban verdin. Görəsən bacara biləcəmmi, sənə minnətdarlıq edim?
Bu, məktub 1914-cü ildə yazılıbdı. Həmin zaman gənc Üzeyir musiqi təhsilini konservatoriyada davam etdirmək üçün Peterburqa gəlmişdi. Hadisələri bir qədər qabaqlayaraq demək olar ki, müğənni Müslüm Maqomayev, sanki babası bəstəkar Əbdül-Müslümün prototipi olmaq məqsədini qarşısına məqsəd qoymuş və bütün həyatı boyu bu istiqamətdə hərəkət etməyə üstünlük vermişdi.
Babam, həm dostluq, həm də, ürəkdən səmimi jest etməyi bacarıbdı. Bizdə çox az adam tapılar ki, Koroğlu süjetinə operanın yazılması ideyasının eyni vaxtda, həm Maqomayevə, həm də Hacıbəyliyə gəlməsini bilsin. Nə vaxt ki, babam, bu barədə öyrənir, həmən opera üçün yazdığı partituranı cırıb atır və deyir:
Üzeyir yaxşı yazar.
Buna rəğmən babam, həm də xoştəbiətli insan olubdu: dostu Üzeyirdən fərqli olaraq yaxşı kef çəkməyi xoşlayıbdı. Nə vaxt ki, günah sahibi Zülfüqar Hacıbəyli kef çəkmək üçün o zaman ki, taksi-fayton ilə babamın arxasınca gəlirdi, onlar qayğılı sifət göstərib nənəmi aldatmağa çalışırdılar, guya ki, teatrda musiqi ilə bağlı təxirəsalınmaz iş var. Ancaq fayton, onların arxasınca əl yelləyən Baydagül xanımın görmə əhatəsindən çıxan kimi istiqamətini dəyişirdi və Bakı aktyorları, aşıqları, xanəndələri, musiqiçiləri yığışan sevimli restorana səmt götürürdü.
Deyilənlərə rəğmən, babam həmin vaxt yaxşı qazanıbdı. O, məktəbdə müəllim işləyib, yaxşı pul alıb, məhz buna görə də yalnız özü kef çəkmirdi, həm də dostlarının yerinə, əsasən də, restoranda masa arxasında əyləşən imkansız musiqiçilərin yerinə hesab verirdi. Yaxşı yeyib-içdikdən sonra restoranın sahibindən tapançanı götürüb keçmiş Amerika barlarındakı kovboylar kimi boş butulkaların boğazlarını nişan alırmış. Restoranın sahibi buna etiraz etmirdi, çünki Maqomayev onun pulunu artıqlaması ilə ödəyirdi. Buna görə də o, Müslüm bəy idi!
Azərbaycan ədəbiyyatına qəhrəmanlıq dastanı kimi daxil olan Bəstəkar, bu operanı eyniadlı dastan əsasında 1916-cı ildə yazmağa başlamış, əsər 1919-cu ildə səhnəyə qoyulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə tamaşaya qoyulan bu opera Əbdül- Müslüm yaradıcılığında ən mükəmməl əsər hesab olunur. Şah İsmayıl əsəri AXC dövründə ilk opera olmaqla bərabər, həm də həmin zaman Azərbaycan peşəkar musiqisinin tərəqisində əhəmiyyətli rol oynamış, onun ən vacib nöqtəsini düzgün nişan vermişdi.
Şah İsmayıl operasının birinci redaksiyasında muğamat improvizasiyaları Üzeyir Hacıbəylinin ilk operalarında olduğu kimi əsas yeri tuturdu. Soz yox ki, bəstəkarın bu üslubda opera yaratmasına əsaslı səbəblər var idi. O zaman Azərbaycan tamaşaçılarının mürəkkəb opera formalarını dinləməyə hazır olmadığını və musiqili teatra yenicə cəlb olunan xalqın zövqünə yaxın olan musiqiyə müraciət etmənin zəruriliyini Əbdül- Müslüm nəzərdə tutmaya bilməzdi. Maqomayevin Şah İsmayıl operasının üç redaksiyası mövcuddu. 1930-cu ildə Əbdül- Müslüm operanın üçüncü redaksiyasını yaradıb. Həmin redaksiyada musiqi materialı əvvəldən sona qədər notla yazılmış şəkildə təqdim olunur. Maqomayev klassik operanın bütün əsas formalarından -ariya, ansambl, çoxsəsli xor, həmçinin, Azərbaycan musiqisinin incilərindən sayılan zərb muğamlarından Kəsmə şikəstə və Qarabağ şikəstəsindən, ümumiyyətlə, milli musiqinin bütün janrlarından məharətlə və yüksək sənətkarlıqla istifadə etmişdi (one)
Əbdül-Müslüm Maqomayevin tarixi şəxsiyyət olan Şah İsmayıl haqqında bu cür mükəmməl bir əsər yaratmasının kökündə, bəstəkarın musiqi nəzəriyyəsini yaxşı bilməsi, Azərbaycan musiqisinə dərindən bələd olması, həmçinin, bir musiqiçi-dirijor kimi yetişməsi müsbət təsirini göstərmişdi. Bu isə, öz növbəsində obrazlar arasında möhkəm rabitə qurmağa imkan yaradan əsas əlamət kimi qəbul oluna bilər.
Operanın əsas ideyası ilə əlaqədar olaraq, əsərin magistral dramaturji xətti bilavasitə Şah İsmayıl obrazı ilə sıx bağlıdı. Şah İsmayıl obrazının təsvirində bəstəkar iki üsuldan məharətlə istifadə edir: II, III və V pərdələrdə o, improvizasiya üsuluna müraciət edir. I pərdədə isə Şah İsmayılın atasına olan ehtiram və məhəbbəti, məhz opera musiqisinə səciyyəvi olan ariya janrında bəstələmişdi. Həmin ariyada, Əbdül- Müslüm zövqlə şüştər ladından istifadə edir. Əzəmətli uvertüranın ardınca gələn və insanları bilavasitə Aslan şahın gərgin həyəcanına cəlb edən operanın əvvəlində səslənən şahın ariyası old vuqca di. Şahın ürəyində olan ölüm qorxusu musiqidə hiss və həyəcanla təcəssüm edilir. Əsərin digər obrazları da, ifadəli musiqi materialları ilə xaraktrerizə olunubdu. Gülzarın səmimi lirik obrazı, Döyüşçü qadın Ərəbzənginin cəsarətli, igid siması tam dolğunluğu ilə burda əksini tapıbdı.
Əbdül-Müslüm yaradıcılığında Azərbaycana, doğma vətənə, Azərbaycan xalqına olan böyük və səmimi məhəbbət, sevgi bəstəkarı bütün yaradıcılığı boyu izləmiş və yeni əsərlər yaratmağa sövq etmişdi. Bu, Qəbildən olan əsərlər bəstəkar tərəfindən, əsasən, XX əsrin 15-ci illərinin əvvəllərində, onun ömrünün son günlərinə qədər olan zaman kəsiyi ərzində bəstələnmişdi.
Bəstəkarın nota aldığı Şah İsmayıl və Nərgiz operaları, musiqili komediya janrında ərsəyə gətirdiyi Xoruz bəy operettası, opera balet formasında yazdığı Dəli Muxtar əsərləri (1936) Azərbaycanda ilk instrumental simfonik əsərlər hesab olunur. Ceyran, Azərbaycan çöllərində, Azad olunmuş azərbaycanlı qızının rəqsi, Dərviş, Şəlalə rapsodiyaları, RV-8 marşı, Şur təsnifi, Yaz, Neft, May, Tarla, Gözəlim, Durna
Bəstəkarın ərsəyə gətirdiyi "Nərgiz" (1935) operası Əbdül- Müslüm yaradıcılığının zirvəsi hesab olunur. Bununla bağlı bəstəkar gundəliyində yazırdı: