Bəstəkarın ərsəyə gətirdiyi "Nərgiz" (1935) operası Əbdül- Müslüm yaradıcılığının zirvəsi hesab olunur. Bununla bağlı bəstəkar gundəliyində yazırdı:
İşimə ən çox ilham verən, əsərdə təsvir olunan hadisələrin mənə əziz və doğma olması idi. Mən bu mövzunu qəlbən sevdim, hərtərəfli düşündüm. Dramatik cəhətdən lazımi şəkilə saldım. Qədim əfsanə və nağıllardan uzaqlaşıb özüm gördüyüm, şahidi oldugum, həyatla təmas etdiyim günləri düşündükcə ruhlanır, yaradıcılı.
Əbdül-Müslümün gündəliyində Nərgiz operası ilə bağlı aşağıdakı məlumatları əldə etmək mümkündü. Gundəlikdə yazılır:
M.Bağırov , Həsən kişi, B. Mustafayev, Bədəl, H.Hüseynov , Molla Mütəllim, Ə.Zülalov , Üzeyir Hacıbəyli bu operaya yüksək qiymət verdilər. Mövzusunu xalq kütlələrinin üsyan hərəkatından götürən Nərgiz operası inqilabi məzmunda yazılan ilk Azərbaycan operası olmaqla bərabər, ilk dəfə opera səhnəsində müasir həyatımızın qəhrəman obrazlarını yaratdı.
Nərgiz operası haqqında yalnız Azərbaycan musiqişünasları fikir söyləməmişdilər. Bu, opera başqa respublikaların məşhur və tanınmış teatr xadimləri tərəfindən də yüksək qiymətləndirilmişdi. Belə şəxslərdən biri gorkəmli sovet musiqişünası, alim S.İ.Koryev idi. O, yazırdı:
"Nərgiz" realistik sovet operasıdır. İdeyaca çox zəngin, bədii fikir etibarı ilə dərindi. Nərgiz operası bizim müasir həyatdan götürülən və sovet inqilabi-qəhrəmanlıq mövzusunu əks etdirən, ideya və bədii səviyyəsi yüksək olan səhnə əsərlərindən birincisi olaraq sovet musiqili teatr tarixinə daxil olacaqdı.
Əbdül-Müslüm Maqomayevin yaradıcılığını və həyatını paralel nəzərdən keçirmək və öyrənmək ümumi informasiyanı daha da genişləndirə bilər. Bəstəkar Nərgiz operasını yazdıqdan iki il sonra dünyasını dəyişmişdi. Hamıya yaxşı məlum idi ki, bu, opera Azərbaycanda sovet hakimiyyətinin qurulmasına həsr olunubdu. Bəstəkar-dirijorun aldığı çox saylı mükafat, təşəkkür və təltiflər, həmçinin, fəxri ad, məhz bu opera ilə birbaşa bağlıdı. Xalq arasında gəzən qeyri-rəsmi söhbətlərə görə bəstəkar repressiya qurbanı olub və sovet hakimiyyəti tərəfindən güllələnibdi. Ancaq onun Fəxri Xiyabanda dəfn olunması, həmçinin, övladlarının Kommunist Partiyasının üzvü olmaları, Cəmaləddinin yüksək dövlət vəzifələrində uzun illər çalışması, Məhəmmədin II Dünya müharibəsində qəhrəmancasına həlak olması bizə deyilənlərin yalan, dedi qodu olmasını söyləməyə imkan verir. "Nərgiz" operası 1938 Həmin operanın librettosunu tarixi romanların görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi yazmışdı. Operanın yeni redaksiyasının müəllifi isə tanınmış sovet bəstəkarı Reynqold Qliyer, quruluşçu rejissoru S. Dadaşov, rəssamları NA Mustafayev və İ. Axundov, dirijoru Aərbaycan ictimaiyyətinə yaxşı tanış olan maestro Niyazi, Nərgiz rolunun ifaçısı isə görkəmli opera müğənnisi Şövkət Məmmədova olmuşdu.
Bəstəkarlıq fəaliyyətində çox aktiv olan Əbdül-Müslüm, həmçinin, böyük həvəslə ictimai işlərlə də məşğul olmuşdu. Eyni zamanda o, Maarif Komissarlığında şöbə müdiri vəzifəsində işləmiş və Musiqili Teatrın bədii rəhbəri kimi çalışımışdı. 1929-cu ildə bəstəkar-dirijor Azərbaycan radio mərkəzinin musiqi rəhbəri kimi yeni yaradıcılıq işinə başlamışdı. Onun məşhur Radio marşı həmin illərdə yazılıb və bu günə qədər öz mahiyyətini itirməyibdi. Nəhayət ki, 1935-ci ildə bəstəkara Azərbaycan SSR- nin Əməkdar incəsənət xadimi fəxri adı verilir. Uzun illərdi Azərbaycan Filarmoniyası Maqomayevin adını daşıyır.
Onun haqqında yüksək fikir söyləyən Ulu Öndər Heydər Əliyev demişdi: Bəşər tarixində elə şəxsiyyətlər var ki, onlar tək özləri üçün yox, bütün xalqın, bəlkə də bütün bəşəriyyətin xoşbəxtliyi naminə həyata gəlirlər. Bu cür insanlar xalqa, nəinki, sağlığında, hətta, ölümündən sonra da xeyir gətirirlər. Əbdül- Müslüm Maqomayev həqiqi, əsl realist xalq bəstəkarı, Azərbaycan musiqi incəsənəti yolunda duran və bütün sədləri amansızcasına vurub dağıdan cəsarətli novator idi.
Əbdül-Müslüm Maqomayevin həyat yoldaşı, nəvə Müslümün nənəsi Baydagül xanımın söylədiyinə görə onlar payız fəsilində Kür qırağında istirahət edərkən o, (yəni, Baydagül xanım: -C.P.) birdən çaya yıxılır. Onu xilas etmək üçün Əbdül-Müslüm suya atılır və həyat yoldaşını xilas edir. Havanın və suyun soyuq olması ərinin səhhətinə mənfi təsir gostərir və o, bərk xəstələnir. Çox keçmir ki, həmin zaman müalicəsi mümkün olmayan vərəm xəstəliyindən dünyasını dəyişir.
Cəmaləddin Əbdül- Müslüm oğlu Maqomayev (1910-1977)
(Muslum Maqomayevin əmisi)
Cəmaləddin Maqomayevin evi kiçik Müslüm üçün həmişə doğma və isti olmuşdu. Kiçik yaşlarından əmisinin himayəsində yaşayan, burda təlim-tərbiyə alan, burdan dünyaya pərvazlanan Müslüm üçün bu ev müqəddəs bir ocaq, rahat və isti beşik rolunu oynamışdı, -desəm, -məncə, yanılmaram. Nənəsi Baydagül xanım, əmisi Cəmaləddin və əmisinin həyat yoldaşı polyak əsilli Mariya İvanovna daima bu balaca oğlanın qayğısına qalmış, onun bütün şıltaqlıqlarına, tərsliyinə tab gətirmişdilər.
Atasını kiçik yaşlarında olarkən müharibədə itirən və mövcud durumdan asılı olaraq anasından ayrı düşən Müslümə Cəmaləddin və onun həyat yoldaşı Mariya İvanovna, həm valideyin, həm ata-ana, həm də qohum, tərbiyəçi, ümumiyyətlə, ən yaxın və doğma insanlar olmuşdular. Ancaq bütün bunlar hələ hər şey demək deyildi. Cəmaləddin bir əmi kimi , həm də Müslümü sevməyi bacarırdı. Onun Müslümə olan sonsuz sevgisinin həddi-hüdudu yox idi.
Müslüm bu barədə öz xatirələrində yazırdı: Atamın doğma qardaşı Cəmaləddin Maqomayev və həyat yoldaşı Mariya xala mənim üçün həqiqi valideyin oldular.
Müslüm onlar haqqında daima yaxşı danışardı, yeri gəldikcə onların zəhmətini, qayğısını dilə gətirərək yüksək dəyərləndirərdi. Mənim unudulmaz Mariya Ivanovnam! Heç bir güzəştə yol verməyən, mətin, cəsarətli, dayanaqlı xasiyyətə və diplomatik fərasətə malik olan Mura xalam. O, çox yaxşı bilirdi ki, həyatda nəyi etmək olar, nəyi yox. Həddən çox kitab oxuyan bu qadın bizim ailə mədəniyyətinin məşəli hesab olunurdu! Əgər o, özünün sevimli kitabını oxumurdusa, onda mütləq radioya qulaq asırdı. Həmin vaxt bizim evdə o zaman üçün az təsadüf olunan Mir adlı güclü radioqəbuledici var idi.
Cəmaləddin qardaşı oğluna qarşı nə qədər incə, mehriban, istiqanlı olsa da, bir o qədər ciddi, tələbkar təsiri bağışlayırdı. Çünki Müslümün gələcəyi, həyatda qazanacağı hər hansı bir uğur və tutacağı mövqe bir başa onun verəcəyi təlim-tərbiyədən asılı idi. O, atasının adını daşıyan qardaşı oğlu Müslümün timsalında gələcəyin yeni bəstəkarını, yeni dirijorunu, yeni pianoçusunu, musiqiçisini görürdü. Məhz, bu nöqteyi-nəzərdən Cəmaləddinin qəlbində iki dünya: incə-mehribanlıq və ciddi-tələbkarlıq yer alırdı.
Cəmaləddin ixtisasca mühəndis olduğu üçün dəqiq elmlərə daha çöx meyilli və bağlı idi. Lakin bütün bunlarla yanaşı musiqiyə, incəsənətə bağlılıq maqomayevlər ailəsində prioritet yer tuturdu, ola bilsin bu, kökdən, nəsildən gəlirdi. O, xüsusi musiqi təhsili almasa da atasından yadigar qalan royalda kifayət qədər yaxşı ifa etməyi bacarırdı.
Cəmaləddin ixtisasca mühəndis olduğu üçün dəqiq elmlərə daha çöx meyilli və bağlı idi. Lakin bütün bunlarla yanaşı musiqiyə, incəsənətə bağlılıq maqomayevlər ailəsində prioritet yer tuturdu, ola bilsin bu, kökdən, nəsildən gəlirdi. O, xüsusi musiqi təhsili almasa da atasından yadigar qalan royalda kifayət qədər yaxşı ifa etməyi bacarırdı.
Biz bunlarla Müslümün xatirələr dəftərini vərəqləyərkən tanış oluruq. O, yazırdı: Əmim royalın səsi bərk çıxsın deyə pedalı sıxmağı çox xoşlayırdı. Amma mənə sakit və hissiyyat ilə ifa etməyi məsləhət görürdü.
Bu, maqomayevlər nəsilinə mənsub olan bir xüsusiyyət idi. Ailənin hər bir üzvü, hər hansısa bir musiqi alətində mütləq ifa etməyi və ya mahnı oxumağı, həmçinin, rəqs etməyi, rəsm çəkməyi, ümumiyyətlə, incəsənətin müəyyən bir sahəsini təhsil almadan kifayət qədər yaxşı öyrənməyi xoşlayırdı. Mən bunları maqomayevlər ailəsinin üzvüləri ilə qiyabi tanış olarkən görürəm. Bu, baxımdan Cəmaləddin istisna təşkil etmirdi. O, həmçinin, gözəl rəsmlər çəkmək qabiliyyətinə malik idi. Bunu dilə gətirən Muslum yazırdı:
Sən demə əmim rəsm çəkməyi bacarırmış, ancaq mən heç vaxt bunu görməmişdim. Yadıma gəlir ki, bir dəfə masanın arxasında əyləşib Raxmaninovun portretini meydana gətirmək istəyirdim. Birdən əsəbiləşdim, çünki portret alınmırdı, az qaldı ki, onu cırım. Birdən qapı açıldı və əmim içəri daxil oldu. O, qonsu otaqda işləyirdi. Otağımda olan sakitlik onu maraqlandırır və o, bu məqsədlə mənim otağıma daxil olur və həmən deyir:
Nə əziyyət çəkirsən? Qələmi gotur. Bax, sənin Raxmaninovunun gozləri lazım olan istiqamətə baxmır.
Biz birlikdə qənaətbəxış qədər işlədik. Əmimdə, o cümlədən bizim ailədə ümumi bir tələb, hökm var idi: onların hamısı babam, atam və əmim Camal üçün şərəf, heysiyyat, vicdan hər şeydən üstün idi və onlar bunu çox dəyərləndirirdilər.
Müslüm və əmisi Cəmaləddin bütün həyatı boyu bir-birinə çox sıx tellərlə bağlı olmuşdular. Ancaq onların da həyatında, qəmli və kədərli anlar kifayət qədər yaşanmışdı.
Uşaq olarkən biz heç vaxt qocalıq və yaxud ölüm haqqında düşünmürük. Elə bilirik ki, həyat mütəmadi olaraq öz axarı ilə yalnız bu cür gedəcəkdi. Bununla da biz özümüzü aldatmış oluruq. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu həqiqətən belədi. Biz o vaxt ayılırıq ki, müəyyən yaş həddinə çatmışıq və hər şeyi anlamağa başlayırıq. Ancaq həmin zaman artıq gec olur, biz yalnız gedən qatarın son vaqonunu görürük, -deyərək, -Müslüm fikirini tamamlayır.
Müslümə əmisi Camal və onun həyat yoldaşı Mariya İvanovnadan başqa yaxın heç kim ola bilməzdi, sözsüz ki, nənəsi Baydagül xanım istisna olmaqla. Baxmayaraq ki, anası Ayşət xanım, anabir bacısı Tanya və qardaşı Yura var idi. Ancaq həyatlarını Müslümün təlim-tərbiyəsinə həsr edən, onun qayğısına qalan əmisinin ailəsindən başqa bir kimsə bu məsuliyyəti daşıya bilməzdi. Elə, buna görə də, onların qocalığı, əldən düşməsi, zəifləməsi Müslümü çox narahat edirdi,hətta, sıxırdı.
O, bu anları xatırlayarkən deyirdi: Bəli! Müsibət bizim də qapını döydü. Əmim iki dəfə infarkt keçirdi, sonra isə Mura xala Açığını deyim ki, 4-cü Kreml İdarəsinin tibbi yardımı və həkim heyəti ilə yaxından tanış olduqdan sonra onların nəyə qadir olmasına, qüdrətinə ümidlərim tamamilə son itdi Bir ildən sonra Mariya İvanov aorta damarının qırılması nəticəsində dünyasını dəyişdi.
Əlbəttə, Müslüm Maqomayev üçün Mariya İvanovnanı itirmək çox ağır idi, bəlkə, doğma anası Ayşət xanımı itirməkdən də, daha çox Uşaqlıqdan qayğısını çəkən, təlim-tərbiyəsində yaxından iştirak edən, doğma övladından seçməyən adamı itirmək asan və yaxud ağrısız keçə bilməzdi. Digər bir tərəfdən isə, yeganə və doğma olan əmisinin vəziyyəti heç də ürəkaçan deyildi. Ardıcıl keçirdiyi infarktlar getdikcə özünü daha çox büruzə verirdi, həmçinin, yaş öz sözünü deyirdi.
Mura xalanın ölümündən sonra Camal əmim, sanki, mənəvi cəhətdən sındı. Masa arxasında qatlanaraq əyləşıb fikirə gedirdi, əli hər yerdən üzülmüşdü. Yadımdadı, bir siqaret götürdü və həqiqi siqaret çəkənlər kimi çəkməyə başladı. Mən siqareti onun əlindən aldım. O, incimis halda nəfəs aldı və dedi:
Özün tulla, əgər bacarırsansa.
Əvvəlcə Mura xalasının dünyasını dəyişməsi, ardınca Camal əmisinin ciddi xəstələnməsi, ruhən düşməsi Müslüm Maqomayevə mənfi təsirini göstərməyə bilməzdi . O, sevimli peşəsi ilə əvvəlki kimi məşğul ola bilmir, vaxtının çox hissəsini əmisinin yanında keçirir, onun qulluğunda durmağa çalışırdı. Atasının üz çizgilərini xatırlamayan Müslüm üçün Camal əmisi atadan artıq olmuşdu, hərgah ki, doğma atanın yerini heç kim və heç vaxt verə bilməz, hətta, ən yaxşı bel doğmalar
Daima Müslümü diqqət mərkəzində saxlayan, ona həm xoş, həm də ciddi münasibət göstərən Cəmaləddin qardaşı oğlu üçün bütün doğmalarını əvəz edirdi. Müslüm maqomayevlər nəsilinin yeganə davamçısı olmasına baxmayaraq Camal əmisi onun təlim-tərbiyəsində çox ciddi, bəlkə də, olduqca ciddi mövqe sərgiləyirdi.
Əmim Camal bütün həyatı boyu mənim üçün ev İvan Qroznısı olmuşdu. O, həm özünə, həm də başqalarına qarşı çox ciddi və tələbkar idi. Bax, indi bu insan köməksiz qalıbdı. Mən onu evimə gətirdim, cay və ya bir qədəh konyak süzdüm, onunla çox sakit danışdım. Onun üçün ağır olan belə bir gündə, əmim nəhayət ki, danışdı Nə üçün məni övladlığa götürmədiyinə aydınlıq gətirərək soruşdum. O, isə dedi:
Sən, Müslüm, öz atanın oğlusan! O, isə qəhrəman olubdu.
Keçirdiyi növbəti infarktdan sonra Cəmaləddin Əbdül-Müslüm oğlu Maqomayev Moskvanın Kunsevo xəstəxanasında özünə gəlmədən dünyasını dəyişir. Onun nəşi Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin bilavasitə köməkliyi və iştirakı ilə Bakıya gətirilir və Fəxri Xiyabanda, atası bəstəkar, dirijor, pianoçu Əbdül- Müslüm Maqomayevin yanında dəfn olunur. Bu, barədə sonrakı fəsillərdə daha müfəssəl söhbət açacağam
II Dünya müharibəsindən sonra Cəmaləddin uzun illər sovet Azərbaycanında müxtəlif yüksək dövlət vəzifələrində çalışmışdı. O, əvvəl Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, daha sonra isə SSRİ Nazirlər Sovetinin tərkibində Azərbaycan SSR- nin daimi nümayəndəsi kimi Moskva şəhərində fəaliyyəşdi göstö.
Məhəmməd Əbdül- Müslüm oğlu Maqomayev (1916-1945)
(Müslüm Maqomayevin atası)
Əbdül-Müslüm Maqomayev və həyat yoldaşı Baydagül xanımın ikinci oğlu Məhəmmədin heç bir musiqi təhsili yox idi. O, ancaq müsiqi alətində gözəl ifa etmək, mahnı oxumaq qabiliyyətinə, həmçinin, yaxşı rəqs etmək istedadına malik olan teatr tərtibatçısı kimi tanınırdı. Məhəmməd teatr rəssamı olmaqla bərabər, həm də mahnı oxumağa üstünlük verirdi, hətta, oxuduğu mahnıları royalda ifa etməklə özünü müşayiət edirdi. Onun teatr rəssamı kimi müxtəlif zamanlarda Bakı və Maykop teatrlarında tamaşaya qoyulan dram əsərlərinə rəsm tərtibatı verməsi, Məhəmmədin həqiqətən bacarıqlı və qabiliyyətli gənc olmasından xəbər verirdi. Əlimizdə olan materiallardan bəlli olur ki, Məhəmməd atası Əbdül- Müslüm kimi mərd, zəhmətkeş, bacarıqlı, qorxmaz bir insan olubdu. O, II Dünya müharibəsi başlayanda çəkinmədən, qorxmadan, öz xahişi ilə könüllü cəbhəyə yollanmış, bu döyüşlərdə şücaə şücaət göstərmiş və bunlardanęnduř qaslaəə bunlardan birində qcasərə