Mən Müslümün atası Məhəmməd ilə 1941-ci ildə, Moskvada tanış oldum. Onda mən, Teatr İnstitutunda oxuyurdum Hətta, Stalin adına təqaüd alırdım. Paytaxt Moskvada Azərbaycan incəsənəti ongünlüyü açıldı. Bu, tədbirlə bağlı Bakıdan Opera və Balet teatrının artistləri gəlmişdilər. Bəstəkar Əbdül- Müslüm Maqomayevin həyat yoldaşı Baydagül xanım və oğlu Məhəmməd də onların arasında idi. Biz, Məhəmmədlə həmin zaman tanış olduq. Başladıq dostluq etməyə, bununla da bizim sevgi romanımızın bünövrəsi qoyuldu.
Mənə elə gəlir ki, Müslüm bu məsələdə yanlışlığa yol verib, çünki Ayşət xanım özü ilə baş verən hadisə haqqında səhv fikir söyləyə bilməzdi. Həmin anları Ayşət xanımdan başqa heç kim dəqiq nə yadda saxlaya, nə də düzünü deyə bilməzdi. Odur ki, Ayşət xanıma daha çox inanmaq məcburiyyətində qaldım. Çünki hadisənin ikinci şahidi, Müslümün atası Məhəmməd müharibədə həlak olduğundan onun fikirini öyrənmək qeyrimümkün idi. Demək, Ayşət xanımın xatirələrinə inanmamaq mənim ixtiyarım xaricindədir . Bu, hadisəyə Ayşət xanımla bağlı bölmədə bir daha qayıtmalı olacam. O ki, qaldı Ayşət xanımın Məhəmmədlə bağlı dediyi, -Maykop şəhərindən onu qanlı-qadalı günlərə yola saldım, -deməsinə, -burda sadəcə olaraqdiiv.qoleyri obyekt Beləki, SSRİ Müdafiə nazirliyinin arxivində olan sənədlərdə gostərilir ki, Məhəmməd Maqomayev Bakıdan könüllü olaraq cəbhəyə yollanıbdı.
Təəssüf hissi ilə qeyd etmək olar ki, bir neçə il teatr rəssamı işləyən Məhəmmədin yadigar olaraq nə bir bədii rəsm əsəri, nə bir cizgi elementlərini özündə əks etdirən portret əsəri, nə də ki, bir esgiz, layihə əlamətlərini göstərən hər hansı bir işi qalmayıbdı. Müslümdə rəssamlığa meylin olması, hətta, dəyərli əsərlər yaratması bizə imkan verir ki, qismən də olsa Məhəmmədin rəssam olmasını qəbul edək, lakin heç bir sübutun, dəlilin olmaması müəyyən qaranlıq məqamlar yaradır. Mən, burda xatirə meyarına əsaslanmalı və ya üstünlük verməli oluram.
Sonradan mənə məlum oldu ki, atam teatrın quruluşu başa çatdığı və yaxud multiplikasiyanın yaranması ilə əlaqədar yeni, həmin zaman təzəcə peyda olan xüsusi multikator peşəni sini dəö. Ola bilsin ki, köhnə sistemin artıq başa çatdığını biləndən sonra o, bütün arxiv materiallarını ləğv edibdi, -deyərək, -Müslüm fikrini tamamlayır.
Müslüm Maqomayevin söylədiyi fikirdə bir məntiq, bir inam tapmaq mümkündü. Sözün açığı, burda alternativ variant da görünmür. Yaxınlarının və dostlarının söylədiyinə əsasən o, gözəl, cazibadar, yaraşıqlı bir gənc oğlan olubdu. Ağıllı, həyat sevər olması ilə bərabər, Məhəmməd, həm yaxşı rəqs, həm də qadınları müdafiə etməyi, dalaşmağı bacarıbdı. Bu faktlara istinad etmiş olsam Müslümün atası Məhəmməd ilə bağlı söylədiyi xatirələr insanı nə qədər ruhlandırırsa, bir o qədər də məyus edir. Baxmayaraq ki, müğənni bu xatirələri qələmə alanda artıq onun yaşı 50-dən yuxarı idi. Ancaq o, yaşının bu həddinə baxmayaraq, sanki, gövrəlir, körpə uşaq kimi həyatdan inciyir, küsür və bir anlıq uşaqlıq illərinə qayıdır.
Müğənni xatirələrində yazırdı: O, çox çevik və cəld olubdu. Xasiyyətimə görə mən ona oxşamamışam. Hər hansı bir qastrola hazırlaşmaq mənim üçün həmişə problem yaradıb. Harda bir səs-küy, dava-dalaş olsa idi, atamı mütləq orda tapmaq olardı. Hər şeylə həddindən artıq maraqlanan, tez aludə olan, tərs, inadkar, dalaşkən olmasına baxmayaraq, qəlbən həyat sevən, prinsiplərinə sadiq qalan, həm yüngülxasiyyət, həm qəzəbli, həm də qarşısıalınmaz, şiddətli və çox soyuq, çox ağır, çox zabitəli olubdu. Onun vaxtsız həlak olması burdan irəli gəlmirmi? Məni ruhi iztiraba salmamaq üçün uzun müddət doğmalarım onun sağ olmamasını demirdilər
O zaman ki, respublikanın rəhbəri Mircəfər Bağırov bizim ailəyə xeyirxahlıq, mərhəmət gostəribdi. Atam bundan istifadə edib, müharibədən qala bilərdi
Mircəfər Bağırov əmim Camala deyibdi:
Oh, hara girir? Öləcək! O ki, dəliqanlıdı, dayanan deyil. Birinci güllə onun olacaqdı.
Atam isə heç kimə qulaq asmadı. Öz-özünə dedi:
Lazımdı!
Getdi cəbhəyə. Geri baxmadan, xəstə vətənpərvər!
Məhəmmədin cəbhədən ailəsinə göndərdi bir məktub hər normal insanı riqqətətətətətətək dərəcədə təsirli, h appearance
Yox!
Elə düşünməyin ki, burda söhbət hansısa işgəncədən, bədheybətdən və ya qorxulu bir monstrdan gedir.
Əsla yox!
Bu, məktubda söhbət cəbhədə döyüşən, hər an ölümlə üzbə-üz dayanan insanın daxili aləmindən, ölüm kabusunun altında oğlunun həddi-buluğa çatmasını arzulayan və ona ad günü münasibətilə təbrik məktubu yazan qəhrəman atanın qısa müddətli sevincindən, cəsarətindən, özünə olan inamından gedir. Bu, məktubla tanış olanda, onu bir nəfəsə oxumaq mümkün olmadı. Zünki qəhər adamı boğurdu. Bir tərəfdən Müslümə olan sevgi, o biri tərəfdən balaca, atasını itirən üç yaşlı uşağa olan məhəbbət, digər bir tərəfdən döyüş meydanında qəlbi övladının yanında olan, onun böyüməsini arzulayan, bu münasibətlə çırpınan, döyünən, fəryad edən ata ürəyi dil-dodağı bağlayırdı, sanki, boğaz quruluqdan tıxanırdı. Bu, sətirləri yazarkən, hələ də həmin məktubun təəssüratından, ovsunundan çıxmaq mümkün olmamışdı. Odur ki, həmin məktubu olduğu kimi oxuculara təqdim etməyi özümə, həm borc, həm də zəruri bildim. Həmin məktubda Məhəmməd yazırdı: Bu gün mənim oğlumun ad gunüdü. Ona nə arzulayım? Əlbəttə, çox-çox xoşbəxt illər, sevinclə dolu həyat, qoy onun həyatı insanlıq üçün vacib olan faydalı əməklə zəngin olsun, kimin ki, adınɱ o, kimişıyır. Qoy o, yaxşı hər şeyi ehtirasla sevməyi öyrənsin, ancaq qoy o, bizim xoşbəxt həyatımızın qarşısına sipər çəkmək istəyən hər kəsə nifrət etməyi bacarsın, qoy o, erkən yaşlarından bu qan tökən müharibəni törədən barbar-almanların tarixini anlasın. Qoy o, onun kimi cumbulu, balaca uşaqların, bütün xalqın xoşbəxtliyini canları hesabına müdafiə edən, amma heyifsilənməyən rəşadətli, cəsur, igid insanları yüksət qliy.
Hə!
Qoy o bilsin ki, onun atası onu sevir və axırıncı nəfəsinə qədər də sevəcəkdi, əgər ona ölmək lazım gəlsə, belə, onun adı dilində öləcəkdi.
Bax, bu da hamısı, mən ona nə arzulamaq istərdim.
Salamla sizin Məhəmməd.
Atanın oğlunun ad gününə müharibədən, od-alov un içindən bu cür mövzuda məktub yazıb göndərməsi onu oxuyan hər kəsdə ürək sıxıntısı əmələ gətirə . Məktubda maraqlı görünən, insanı riqqətə gətirən ən əsas bir məqam xüsusilə diqqəti daha çox cəlb edir. Bu, maqomayevlərin öz soy köklərinə nə qədər bağlı olması və bu soyadı şərəflə daşımağa can atmasıdı. Atanın məktubunda oğluna bir daha kimin adını daşıdığı xatırlanır və babasının adına layiq səmimi, cəsur, səxavətli, əməksevər, cəmiyyətə xeyir gətirən övlad olması arzulanır.
Müslüm xatirələrində yazırdı: Əgər dostlarının yadında Məhəmməd Maqomayev xarici görnüşü ilə yadda qalıbsa, mənə atam tamamilə başqa cür görünür. Baxmayaraq ki, mən onu xatırlamıram, çünki o, dünyasını dəyişəndə mənim cəmi üç yaşım var idi. Mən atamı rəsm, şəkil etibarı ilə gözəl görmürəm, mən onu daxilən gözəl və cəlbedici görürəm. İnsanlarda özlərini göstərmək üçün cazibə, lətafət, cəlb etmə mövcuddu , təbii ki, ürəklərinin, qəlblərinin dərinliklərində və daxilində.
Ayşət xanım Əhməd qızı (Xanjalova) Maqomayeva (1921-2003)
(Müslüm Maqomayevin anası)
Zadəgan mənsubiyyətinə məxsus olan Ayşət Əhməd qızı Maqomayeva (Xanjalova) Rusiyanın Maykop şəhərində dünyaya göz açmışdı. Bu, balaca adıgey qızı Çar-Tver qazaq ordusunun keçmiş polkovniki İvan Aleksandroviç Xanjalovun nəvəsi idi. Ayşət xanımın babası İvan Aleksandroviç 1878-ci ildə Rusiyanın Mixaylovski hərbi yunkerlər məktəbini bitirmişdi. İstedadlı teatr artisti, Stalin təqaüdçüsü (1941)
Mənim bütün həyatım Bakı ilə, Azərbaycanla, onun yaxşı adamları ilə bağlıdı. Səhnədə bütün həyatım boyu Xanjalova familyası ilə çıxış etmişəm. Anam milliyyətcə adı-gey, atam isə türk idi. Əhməd Gəncəlioğlu Konstantinopolda anadan olmuşdu. O, 1905-ci ildə Rusiyaya gəlmiş və birdəfəlik burda qalmışdı. Anamla tanış olduqdan sonra sovet vətəndaşlığını qəbul etmişdi
Məhz, bu səbəbdən mənim qızlıq familiyam Xanjalova kimi qalmışdı, -deyərək, -Ayşət xanım xatirələrində yazırdı.
İlk təhsilini Nalçik şəhərində alan Ayşət xanım bir müddət sonra Moskvaya gedir və təhsilini məşhur Moskva Dövlət Teatr İncəsənəti İnstitutunda davam etdirir. O, yazırdı:
Mən Müslümün atası Məhəmmədlə 1941-ci ildə, Moskvada tanış oldum. Onda mən Dövlət Teatr İncəsənəti İnstitutunda oxuyurdum. Başladıq dostluq etməyə.
Həyat yoldaşını müharibəyə yola salan Ayşət xanım ağrı və acısına qapanaraq, sakit həyat tərzi keçirmək niyyətində olmur. Gənc xanım daha fəal, daha işgüzar olmaq məqsədilə teatrda yaxından fəaliyyət göstərir, insanlara sevinc bəxş edir və qısa müddətə olsa da, belə, müharibənin dəhşətlərini insanların qəlbindən uzaqlaşdırmağa çalışır. Ancaq bütün bunlar balaca Müslümü ana nəvazişindən, ana qayğısından, ana hərarətindən, ana məhəbbətindən kənarda qoyur. Təssüflər olsun ki, Ayşət xanım bu, duyğuları heç vaxt anlamadı və anlamaq iqtidarında olmadı.
Mən teatrda sevimli peşəmlə məşğul idim. Yeni obrazlar yaradırdım, fəaliyyətimi genişləndirirdim. Bir neoçə aydan sonra Bakı mədəniyyət şöbəsindən çağırış vərəqi aldım və təcili Dəmiryolu vağzalında məni Məhəmməd qarşıladı. Bu, mənim üçün böyük sürpriz və böyük sevinc oldu. Özümü olduqca xoşbəxt hiss edirdim. Çox təəssüflər olsun ki, Məhəmməd həyatıma tez gəldi və gəldiyi kimi tez də getdi, -deyərək, -o, yazırdı.
Müharibə qurtarana qədər Bakıda yaşayan Ayşət xanım müharibədən sonra üç yaşlı Müslümlə birlikdə böyüyüb boya-başa çatdığı Maykop şəhərinə qayıdır.
Məhəmməd Maqomayevin həyatından söhbət açarkən onun necə əsgər olduğu, necə döyüşdüyü, necə həlak olduğu, harda dəfn olunduğu haqqında yığcam məlumatı oxucuların diqqətinə yuxarıda, hərbi jurnalist Mixayil Zaxarçukun yazdığı məqalədə, çatdırdım. Lakin Ayşət xanımın söylədiyi bir fakt, həm maraqlı, həm də tükürpərdici idi.
Ayşət xanım xatirələrində yazırdı: Müslüm Polşada qastrol səfərində olanda həmin yerləri ziyarət edib. Yəqin ki, Buhenvald harayı mahnısı yadınızdadı? Bu, Müslüm üçün adi mahnı deyildi, bu onun ürək odu, ürək yanğısı, atasını müharibədə itirən bir övladın çağırışı, harayı idi.
Həqiqətən, bu mahnı Müslüm tərəfindən elə bir səviyyədə ifa olunub ki, qulaq asan hər kəs, hətta, mahnının sözlərini, dilini başa düşməyən hər bir şəxs daxili təlatümünü saxlaya, gizlədə bilməzdi. Yüksək ecazkar səs, cingiltili təmiz ifa tərzi, artistlik manerası, mahnının daxilinə nüfuz etmək, onu yaşamaq, geniş diapozon və s. tamaşaçını mat-məəttəl qoyurdu. Bu, Ayşət xanımın dediyi kimi: atasını müharibədə itirən bir övladın yanğısı, harayı idi. Mahnının səsləndiyi həmin zaman kəsiyindən bizi, bu gün çox illər ayırır, lakin bu illər ərzində mahnının başqa bir kimsə tərəfindən ifa olunmaması bir daha sübut edir ki, həqiqətən böyük səs, böyük istedad, cürət və qabiliyyət tələb edən belə bir əsəri hər müğənni ərsəyə gətirə bilməzdi . Buhenvald harayı adından da bəlli olduğu kimi ağır günləri diqqətə çatdıran, həm də vətənpərvərlik duyğularını tərənnüm edən əsər kimi zamanında qəsər kimi zamanında qəşbulundu. Belə bir çətin mahnını yalnız Müslüm səviyyəsində olan müğənni ifa edə bilərdi
Ayşət xanımın danışığından hiss olunur ki, təfərrüatlarını bölüşərkən o, necə əzab-əziyyət çəkir və sıxılır. Həm həyat yoldaşına olan məhəbbəti, həm övladının iztirablar içində mahnını yüksək səviyyədə ifa etməsi, sözsüz ki, Ayşət Əhməd qızını həmin anlara, Məhəmmədlə keçirdiyi qısa, ancaq xoşbəxt və mənalı günlərə dartıb aparırdı. Bu, söhbətdən sonra onun özünə qayıtması üçün müəyyən zaman fasiləsinə ehtiyac duyulurdu. Lakin sualı sual arxasınca ünvanlayan müsahibin, jurnalistin növbəti sorğusu heç də əvvəlkindən az təsirli olmurdu. Uşaqlıq dövrü ilə bağlı ünvanlanan sualı cavablandıran Ayşət xanım dərindən ah çəkərək yaddaşına həkk olunan məqamları dilə gətirərək deyirdi:
Müharibədən çox keçməmiş türkləri Qafqazdan sürgün etməyə başladılar. O cümlədən atamı Sibirə, Tomsk şəhərindən təxminən 200 kilometr aralıda yerləşən Beliş-Yar adlı bir yaşayış məntəqəsinə göndərdilər. Bir dəfə yanına getdim, görüşdük, onu sakitləşdirməyə çalışdım. Nə qədər buna müyəssər oldum deyə bilmərəm Bu, atamla mənim son görüşüm oldu. Sonradan xəbər aldım ki, artıq atam bizim həyatla vidalaşıbdı.
Bir-birinin ardınca yada salınan ağır və acı xatirələr Ayşət xanıma əməlli-başlı təsir göstərmişdi, sanki, qəhər onu boğurdu. O, hıçqırtı ilə danışır və çalışırdı ki, danışdıqca, həm ürəyini boşaltsın, həm də nisbətən təskinlik tapsın. Bununla belə, sinəsinin üzərindən diyirlənərək damcı formasında aşağı düşən isti və mavi göz yaşları onun daxili aləminin necə alovlanmasından xəbər verirdi. Bu, göründüyü kimi bir o qədər sadə, həmçinin, bir o qədər asan deyildi, ancaq Ayşət xanım özündə güc tapıb bunu edə bilmişdi. Bəlkə o, dramatik rolların mahir ifaçısı olduğu üçün vəziyyətin öhdəsindən bacarıqla, məharətlə gələ bilirdi. Söz yox ki, bu fikirlər mənim bədii düşüncəmin, şəxsi təxəyyülümün və təəssüratlarımın məhsulu kimi qəbul olunmalıdı.
Oğlu Müslümlə bağlı söhbət etdiyi zaman Ayşət xanım qarşısına çıxan çətinlikləri, yaşadığı problemləri necə dəf etdiyini, hansı həyat macəraları ilə üz-üzə qaldığını sərbəst dilə gətirməyi bacarırdı . O, deyirdi: Müslümü atasız böyütmək mənim üçün olduqca ağır idi, lakin çalışırdım ki, bu işin öhdəsindən inamla gəlim. Bakıdakı qohumlarım daima bizə kömək gostərirdilər. İlk musiqi dərsini Müslüm Valentina Mixaylovna Sulqinadan götürdü. Müəllimə bildirdi ki, uşaqda olan istedad və zəka Allah vergisidi. Sanki, Müslimdə nə isə qeyri-adi bir hiss, bir möcüzə var idi.
Müslümlə bağlı fikirləri bölüşmək Ayşət xanım üçün bir o qədər asan deyildi. Çünki, ən azından, o, ana idi və balasının hər bir anını düşündükcə müəyyən çətinlikləri xatırlamalı olurdu. Ancaq bütün bunlara baxmayaraq özündə güc tapan Ayşət xanım fikrini onu dinləyənlərə çatdıra bilirdi.