Müslüm Maqomayev: Musiqidə bir zirvə Monoqrafiya - Джейран Вейдаддиновна Пиралиева 7 стр.


Müslümlə bağlı fikirləri bölüşmək Ayşət xanım üçün bir o qədər asan deyildi. Çünki, ən azından, o, ana idi və balasının hər bir anını düşündükcə müəyyən çətinlikləri xatırlamalı olurdu. Ancaq bütün bunlara baxmayaraq özündə güc tapan Ayşət xanım fikrini onu dinləyənlərə çatdıra bilirdi.

Tezliklə mənim qayınanam, Müslümün nənəsi, Baydagül xanım yanımıza gəldi. O, oğlu Məhəmmədsiz gunləri haqqında danışdı. Söylədi ki, əgər nəvəsi onun yanında olsa, ağır günləri bir az unudar, bir az təskinlik tapar. RazIlIq verdim. Müslümün Bakı həyatı hadisələrlə zəngin oldu. Xəstəlik, inciklik, çapıq və s., -deyirdi, -Ayşət xanım.

Bu, söhbətə əsaslanaraq, sözsüz ki, Ayşət xanımı geninə-boluna müzakirə, mühakimə etmək, məzəmmət obyektinə çevirmək olardı. Lakin mən bunu etmək fikirindən yan keçmək qərarına gəldim. Çünki proseslərin necə davam edəcəyini, o cümlədən subyektiv fikir və düşüncələri söyləmək üçün daha münasib zamanı və münbit şverraiti gözləməyə ü stünl. Burda, bir aforizm yadıma gəldi və məni çox düşündürdü: Mühakimə etmə, mühakimə olunarsan.

XX əsrin 50-ci illərində keçmiş SSRİ də Tarzan adlı kinofilm çox məşhur idi. Aşağı sinif şagirdləri özlərini filmin qəhrəmanı Tarzana oxşatmağa çalışırdılar. Onlar ağaclara dırmanır, atlanır, kəndirdən sallanır və nəticədə müxtəlif zədələr, travmalar alırdılar. Kiçik Müslüm və onunla bir məhəllədə yaşayan Polad (Bülbüloğlu: -C.P.) bu, filmin təsiri altında həyətdə olan ağaclara dırmaşır, ağacdan-ağaca tullanır, Tarzan sayağı oynayır, sözsüz ki, kifayət qədər zədələr alırdılar. Dostluq edən Müslüm və Poladın mənzilləri bir həyətdə, daha doğrusu, bir binada yerləşirdi.

Ayşət xanım bu barədə yazırdı: Bir dəfə həyətdə Poladla oynayarkən mənim Müslümüm ağacdan yıxılır, qolunu sındırır Sonra hamısı qaydasına düşür.

Ayşət xanımın teatr karyerasının əsas hissəsi Qazağıstanın Çimkənd Rus Dram Teatrı ilə sıx bağlı olmuşdu. O, uzun illər bu teatrın səhnəsində biri-birindən maraqlı və gozəl çoxsaylı obrazlar yarada bilmişdi. Bu, tamaşaların arasında Turandutun şahzadə qadını, Köstəbək, Qara qızılgül əsərləri xüsusilə fərqlənirdi. Tarixi məlumatlara görə Ayşət xanım teatrın aparıcı solisti olmaqla bərabər, həm də Armudçuq pyesinin mükəmməl və əvəzedilməz ifaçısı idi. Məhz, onun iştirakı ilə bu pyes uzun illər Çimkənd Rus Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş və hər dəfə də böyük tamaşaçı alqışı ilə qarşılanmışdı.

Çimkənd vilayət Rus Dram Teatrı sonralar Cənubi Qazaxıstan Vilayət Rus Dram Teatrı kimi fəaliyyət göstərməyə başlamışdı. Lakin həmin zaman çox az adama məlum idi ki, bu teatrın səhnəsində məşhur Müslim Maqomayevin anası Ayşət xanım Xanjalova-Maqomayeva fəaliyyət göstərir.

Teatrın 80-illik yubileyi ərəfəsində Qazaxıstanın tanınmış qəzetlərindən hesab olunan Komsomolskaya Pravda ilə teatrın bir qrup əməkdaşı görüşür və xatirələrini bölüşürlər. Çimkənd teatrına Ayşət xanım Xanjalova -Maqomayeva iki dəfə gəlmişdi. Onun birinci gəlişi XX əsrin 60-cı illərinin sonuna, ikinci gəlişi isə həmin əsrin 80-ci illərinə təsadüf etmişdi. təəssüflər olsun ki Yalnız həmin zamanı əks etdirən, xatırladan bəzi fraqment, afişa və fotoşəkillərdən başqa

Məlum olur ki, həmin illərdə Ayşət xanım Qara qızılgül tamaşasında böyük müvəffəqiyyətlə çıxış etmişdi. Onu demək olar ki, Qara qızılgül əsəri XX əsrin 60-80-ci illərində Çimkənd teatrının repertuarında daima olmuşdu. Ayşət xanım Qara qızılgül tamaşasının baş qəhrəmanı Bibinin ilk ifaçısı kimi teatrın tarixinə düşmüşdü. Həmçinin, teatrın arxivində, həmin tamaşanın 1968-1969-cu illər mövsümünü xatırladan proqramı bu günə qədər qorunub saxlanılır. Proqramda onun soyadı Xanjalova AA kimi göstərilir. İfaçı aktyor olaraq Ayşət xanım səhnədə həmişə bu, familiya ilə çıxış etmişdi. Bir məlumata görə bu, onun qızlıq familiyası, başqa bir məlumata görə isə səhnə təxəllüsü olmuşdu. Mən yuxarıda qeyd etdim ki, Xanjalova familiyası Ayşət xanımın anasının fam-iliyasıdı, ona ana babasından keçibdi. Demək, bu həqiqətən onun qızlıq soyadıdı !

Materiallara istinad etdikdə daha bir vəziyyətlə tanış oluram. Beləki, Ayşət xanım Maqomayeva- Xanjalova 1960-1980-ci illərdə Armudcuq pyesində həddən artıq əzəmətli və təmtəraqlı görünübdü. Bunu həmin dövrün qəzet məqalələrində olan dəlil və faktlar sübut edir.

Armudçuk tamaşasını canlı izləyən və əlli ildən artıq şəhərin mədəniyyət aləmində çalışan, şəhərin müsiqi məktəbinin müəllimi Şımkent İzoldu Belov xatırələrində Ayşət xanımla bağlı fikirlərini bölüşərkən yazmışdı:

Armudcuq pyesini Ayşət Maqomayeva- Xanjalovaya görə səhnəyə qoyurdular. O, bu əsəri çox səmimi və ürəkdən oynayırdı. Mən, indiyə kimi bu əsəri böyük təəssüratlarla xatırlayıram. Onun ağ köynəkli, uzun qara saçlı obrazı foto şəkil kimi yaddaşıma möhürlənibdi. Hətta, tamaşaçılar kecidlərdə dayanırdılar. O, çox gözəl, incə, qəşəng bir qadın idi və çox yaxşı oxuyurdu. Ümumiyyətlə, onun teatrda və şəhərdə peyda olması, görünməsi, sanki, bir partlayışa səbəb olurdu.

Dram Teatrına ikinci dəfə qayıtması əməkdaşların yaddaşında daha çox qalıbdı. Ancaq bu, heç də o demək deyil ki, rəsmi sənədlər və ya materiallar tamamilə yoxdu . Əksinə, bunlar Ayşət xanım Əhməd qızının XX əsrin 60-cı illəri ilə bağlı mövcud olan faktlarından xeyli çoxdu. Məsələn: teatrın arxivində 9 noyabr 1980-ci il tarixində Ayşət xanımın işə qəbul olunması haqqında yazdığı ərizə, bir neçə rəsmi fotoşəkil, aktrisa kimi teatra işə götürülməsi və tamaşada hansı rolu ifa edəcəyi barədə direktor Şveyserin əmri və bir çox başqa sənədlər qorunub saxlanıbdı. Bütün bu sənədlərdə, Ayşət xanım Maqomayeva familiyası ilə təqdim olunubdu.

1978-ci ildə mən Çimkənd teatrına işləməyə gəldim. Burda öyrəndim ki, Müslüm Maqomayevin anası teatrda işləyir. Bu, xəbərdən sevinc və fərəh hissi keçirdim! Mən Müslümün mahnılarını həddindən artıq çox sevirdim. O, bizim nəsil nümayəndələrinin qibləgahı, pərəstişgahı, büt yeri, əfsanəsi idi. Şəxsən mənim üçün onun anası da əfsanə hesab olunurdu. Buna bahəm Ayşət Əhməd qızı ilə tanış oldum və ona Müslümə valeh və heyran olduğumu bildirdim, -deyərək, -teatrın aktrisalarından biri, Larisa İvanovna Şapovalova xatırlayırdı.

Kinoya getməyi, mütaliə etməyi, təmiz havada gəzməyi, həmsöhbət olmağı xoşlayan Ayşət xanım dahiyanə fikirlər söyləmək, özünü yüksək tutmaq, bir sözlə , başqalarına yuxarıdan aşağı baxmaq və s. bu kimi neqativ xüsusiyyətlərdən çox uzaq olan bir insan olmaqla bərabər, həm də çox təmizkar, səliqəli, əsl zadəgan qrupuna mənsub olan bir xanım olubdu.

Ayşət xanımın rəfiqələri Valentina Osipovna və Larisa İvanovna deyirdilər: Ayşət xanım çox istedadlı bir insan idi. O, demək olar ki, bütün musiqi alətlərində: qarmon, gitara, bayan, dombre və akkordeonda ifa etməyi bacarırdı. Olduqca gözəl improvizasiya qabiliyyətinə, valehedici, həm də, hər hansı bir aksent olmadan müxtəlif xalqların mahnılarını oxumaq istedadına malik idi. Teatrın sabiq əməkdaşları belə hesab edirdilər ki, oxumaq bacarığı Müslü mə anasından keçibdi.

Ayşət xanımın rəfiqələrinin dediklərində bir həqiqət, bi reallıq var idi. Beləki, Cənubi Qazağıstan, Çimkend Rus Dram Teatrının bədii rəhbərlərindən biri İqor Verbitiski Ayşət xanımla bağlı xatirələrini bölüşərkən demişdi:

Mənə müyəssər oldu ki, bir neçə tamaşada Ayşət Əhməd qızı ilə tərəf müqabili kimi çıxış etdim. Birinci dəfə bu, 1980-ci ildə baş tutdu. Onda mənim 17 yaşım var idi, teatra yenicə gəlmişdim. Tamaşaya əfsanəvi Qara qızılgül qoyulurdu. Belə oldu ki, (tamaşada: -C.P.) Bibinin oğlu Nadir rolunu oynayan aktyor Daşkəndə sesiyaya getdi. Onun yerinə məni qoşdular. Mənim rolum qısa, amma həyatımda birinci epizod idi. Onda ilk dəfə onunla (Ayşət xanımla: -C.P.) səhnədə ünsiyyət qurmaq mənə müyəssər oldu. Həmin vaxt Müslüm bütün ittifaqda şöhrət qazanmışdı, onu tanımayan tapılmazdı. Kuluarlarda və səhnə arxasında hamı bir-birinin qulağına sakitcə pıçıldayırdı:

Ayşət Maqomayeva!

Artıq neçənci teatr əməkdaşıdı ki, Ayşət xanım haqqında, onun istedadı və yaratdığı obrazlar haqqında ürək dolusu danışır və xoş sözlər deyir. Ancaq çox təəssüflər olsun ki, dramatik rolların mahir ifaçısı həyatın ona bəxş etdiyi həqiqi Ana obrazını oynaya bilmədi, daha doğrusu, onun öhdəsindən gələ bilmə.

Həmin illərdə Müslüm Maqomayevi, nəinki keçmiş SSRİ-də, hətta, bütün dünyada tanıyırdılar. Bu cür, ecazkar bariton səsə malik müğənnini tanımamağın özü bir qəbahət hesab olunurdu. Lakin ana və oğul arasında olan anlaşılmazlıq, soyuq münasbət tamaşaçı auditoriyası üçün əlavə söz-söhbət, dedi-qodu yaradırdı. Ayşət xanımın rəfiqələrinin, tərəf müqabillərinin, həmçinin, özünün dediklərinə istinad edərək çox mükəmməl bir aktyor -qadın surəti yaratmaq olar. Ancaq ana ilə Müslüm arasındakı rabitə mütəəssir faciəvi tellərlə bağlı idi. Məhz, bu baxımdan Ayşət xanım, onun teatr yoldaşları bu adı (Müslüm : -C.P.) bir o qədər hallandırmağa çalışmırdılar. Ancaq digər bir tərəfdən bəd dillərin sahibləri sözgəzdirən, qeybətçil əməllərindən, sözsüz ki, geri qalmırdılar. Əlbəttə, insanları daima bir sual olduqca çox maraqlandırırdı. Nə üçün Müslüm Maqomayev Moskvada, onun anası Ayşət xanım vilayətin baş şəhərində, biri-birindən ayrı yaşayırlar? Lakin heç kim cürət edib bu sualla Ayşət xanıma müraciət edə bilmirdi, hətta, onun yaxın rəfiqələri və iş yoldaşları, belə Başqa bir tərəfdən isə, Ayşət xanım bu cür söhbətlərin ayaq açması üçün imkan vermirdi və münbit şərait yaratmırdı. Baxmayaraq o, çox şad, gülərüz, mehriban, ünsiyyətçil qadın idi. Burda, ən vacib amil ondan ibarət idi ki, Ayşət xanım heç vaxt kiminsə onun şəxsi işinə qarışmasına imkan yaratmırdı. Bütün könül sındıran, ürək sıxan həyat motivlərinə bahəm Ayşət xanım Maqomayeva insanlara münasibətdə mehriban, istiqanlı, doğma olaraq qalırdı.

Ayşət Əhməd qızı Qara qızılgül tamaşasında, sösün həqiqi mənasında, ana obrazını təsvir etməyi yaxşı bacarırdı. Mən ilk dəfə səhnəyə çıxanda təşviş içində idim. Ayşət Əhməd qızı mənə qayğı ilə yanaşdı, kömək etdi. Tamaşanın gedişi zamanı o, məni öpür və qucaqlayır, mənimlə ağlayırdı. Həmçinin, bir ana kimi məni sakitləşdirir və yenicə fəaliyyətə başlayan aktyoru hiss edir, ana münasibəti və qayğısı göstərirdi.

Müslüm qələmə aldığı Melodiya, mənim məhəbbətimdi adlı memuar monoqrafiyada anası ilə bağlı məqamlara çox ehtiyatla toxunurdu. Hətta, bəzən hiss olunurdu ki, müğənni anasını müdafiə edir, ona haqq qazandırmağa çalışır. Bu, təbii qəbul olunmalıdı , çünki Ayşət xanım onun anası idi. Oğulun anaya bu cür, münasibət sərgiləməsinin bünövrəsində daxili duyğular, ruhi bağlılıq, kökdən gələn impuluslar, ən əsası isə irsi əlamətlərı yrhıli.

Müharibədən sonrakı vəziyyət elə gətirdi ki, anam ikinci dəfə ailə qurmalı oldu. Bununla bağlı mən onu gunahlandıra bilmərəm. O, dram aktirisası idi, daima Rusiyanın şəhərlərində köçəri həyat tərzi keçirirdi, heç vaxt uzun müddət bir teatrda fəaliyyət göstərmirdi, -deyərək, -Müslüm xatirələr kitabında yazırdı.

Nəyin necə baş verməsindən asılı olmayaraq uzun ayrılıqdan sonra ana və oğul yenidən bir-birinə qovuşurlar. Onların sonradan necə barışması haqqında Ayşət xanımın çimkəndli rəfiqələri xəbərsiz idilər. Lakin Ayşət xanım oğlunun və gəlininin necə yaşaması, onu necə qarşılaması və onun gəlişi münasibəti ilə nə cür süfrə açmaları, ona necə hədiyyələr rim vəs. haqqında böyük qürurla, razılıqla danışırdı. Tamara Sinyavskaya tərəfindən ona hədiyyə olunan paltarı yeri gəlmişkən

O, (Ayşət xanım: -C.P.) hər il Yeni ili, əsasən də, Mavi işığı böyük səbirsizliklə gözləyirdi. O, gözləyirdi ki, nə vaxt oğlu (Müslüm : -C.P.) oxuyacaq. Hamı artıq yatırdı, amma o, səhər saat 4-ə kimi otururdu və xahiş edirdi ki, taksi çağırmayaq. Gözləyirdi Nə vaxt Müslüm oxuyacaq?! Son dəqiqəyə kimi gozləyirdi! O, elan olunduqdan sonra Ayşət xanım donub qalırdı. Onun ekranda görünməsindən sonra ana göz yaşlarını saxlaya bilmirdi. O, oxuyurdu, ana isə göz yaşlarına qərq olurdu.

Tale Ayşət xanımı 1971-ci ildə Murmansk şəhərinə, vilayət dram teatrına gətirib çıxarır. Həmin vaxt bu teatra rejissor Vasiliy Kiselyov rəhbərlik edirdi. Ayşət xanımın Murmansk Dram Teatrında fəaliyyəti çox uzun olmur. O, 1978-ci ildə teatr fəaliyyətini birdəfəlik dayandırır. Onun yüksək istedadı, insanpərvərliyi, sadəliyi, qabiliyyəti və başqa müsbət keyfiyyətləri ilə yaxından tanış olan səhnə yoldaşları Ayşət xanım haqqında ağız dolusu danışmağı xoşlayırdılar.

Yura və qızı Tanya uzun müddət analarının yanında, Murmansk şəhərində yaşamışlar. Oğlu Yura əsl, köklü murmanskili idi. O, da anası Ayşət xanım, qardaşı Müslüm kimi incəsənətə, musiqiyə, səhnəyə bağlı, birsözlə, musiqiçi idi. Yura Maqomayev Kolski adasının müxtəlif musiqi qruplarında iştirak etmişdi.

Ananın Müslümə olan məhəbbəti onu bir an belə tərk etmirdi. Həyatın görünməyən və görünən tərəfləri heç zaman bir-birini tamamlamır, əksinə, bunlar arasında mütəmadi olaraq bir ziddiyyət, bir təzad yaşanır, hökm sürür. Müslümə olan ana hissiyyatı Ayşət xanımı mütəəssir formada, faciəvi şəkildə durmadan, daima izləmişdi, bir saniyə sərbəst buraxmamışdı. Başqa bir tərəfdən isə Ayşət xanım Müslümün anası olduğunu nümayiş etdirməkdən həmişə çəkinmişdi. O, yaxşı anlayırdı ki, bunu bilən hər kəs istər-istəməz ona oğlu ilə bağlı müxtəlif suallar ünvanlaya bilər. Bu, sualları cavablandırmaq isə göründüyü kimi bir o qədər də, asan olmayacaqdı .

Ayşət xanım ikinci dəfə ailə həyatı qursa da, ilk həyat yoldaşı Məhəmmədin və böyük oğlu Müslümün familiyasını: -Maqomayev soyadını ömrünün sonunamı daşdı. Onun ikinci ərindən olan oğlu Yura səhnəyə Maqomayev kimi gəlib və bu gün də həmin familiyanı yaşadır. Əldə etdiyim informasiyaya görə Yura Maqomayev 2012-ci ildə anasının vaxtilə fəaliyyət gostərdiyi Murmansk Vilayət Dövlət Dram Teatrında solo konsert proqramı ilə çıxış etmişdi

Назад Дальше