Hamı ona Kor Miseyib deyir, adamları görəndə gözünün birini qıyıb baxır.
Elə bu vaxt qapı açıldı və baş leytenant Əzimov qabaqda, onun arxasınca da mülki geyimli, orta yaşlı bir kişi otağa daxil oldular. Onları görən kimi uşaqların bənizi yenidən saraldı. Leytenant Osmanov başa düşdü ki, gələn xüsusi şöbənin zabitidir. Dərhal ayağa qalxıb özünü təqdim etdi:
Leytenant Osmanov.
Kapitan Seyfullayev, xüsusi şöbənin zabiti. Qonaq əlini uzadıb görüşdü və tam ciddiyyəti ilə soruşdu: Hə, nə aydınlaşdıra bilmisiniz?
Uşaqlar meşədə Miseyib kişini görüblər Kor Miseyibi. Osmanov məlumat verdi.
Miseyib kişini? Kapitan Seyfullayev qulaqlarına inanmırmış kimi dəqiqləşdirmək istədi.
Hə, hə, Miseyib kişini. Çiynində də balaca qara sumkası var imiş. Sıldırım qayalıqdakı mağaraya girib. Necə ki? Siz onu tanıyırsınız?
Heç. Belə birisi var, bizdə qeydiyyatdadır. On beş gündən artıqdır ki, onu görən olmayıb. Görəsən meşədə nə edirmiş? Kapitan Seyfullayev üzünü uşaqlara tutdu: Uşaqlar, həmin yeri bizə göstərə bilərsiniz?
Biz meşədə azmışdıq, geriyə yolu tapa bilmirdik. deyə Habil cavab verdi.
Aydındır. Leytenant Osmanov köməklik göstərdi. Sizi sərhədçilərin tutduğu yerə aparsaq, oradan Miseyib kişinin girdiyi mağaranın yerini göstərə bilərsiniz?
Onlar bizi tutanda qaranlıq idi. Heç özümüz də bilmirdik ki, ora necə gəlib çıxmışıq. Cümşüd çiyinlərini çəkib dodaqlarını büzdü.
Yaxşı, vaxt itirmək olmaz. Kapitan Seyfullayev müzakirəyə son qoymaq istədi. Gedək hadisə yerinə. Uşaqlar qaranlıqda çox gedə bilməzdilər. Onlar tutulan yerlə mağara bir-birinə yaxın olmalıdır.
Zabitlərin hər üçü ayağa qalxdı, uşaqlar da durdular.
Sən qal. Baş leytenant Əzimov leytenant Osmanova dilxoşluq elədi. Həm təzə gəlmisən, həm də yol gəlib yorulmusan. Buraları da tanımırsan. Əvvəlcə zastavada şərait ilə, xidmət yerləriylə tanış olsan yaxşıdır. Mayor Bədəlov özü də belə dedi.
Cənab baş leytenant! Leytenant incik halda dilləndi. Mən dincəlməyə yox, dövlət sərhədlərimizin müdafiəsində, mühafizəsinin təşkilində iştirak etməyə gəlmişəm.
Niyə xətrinə dəyir. Mən sənə elə-belə sözgəlişi dedim. Getməyinə onsuzda mayor Bədəlov icazə verməyəcək.
Əhsən leytenant! Kapitan Seyfullayev gənc leytenantı ötərgi süzdü. Yaxşı, gəl, mən mayor Bədəlovdan xahiş edərəm. Sənin də bizimlə getməyinə icazə verər.
Kapitan Seyfullayev özlüyündə: Zəif zabitə oxşamır. Anadangəlmə belidirəklidir, deyəsən. Bundan yaxşı sərhədçi çıxacaq deyə düşünərək otağı birinci tərk etdi. Onlar birlikdə mayor Bədəlovun otağına gəldilər.
Vaxt itirmək olmaz. Əməliyyat şəraitini nəzarətə götürmək lazımdır. Mayor Bədəlov zabitlərin niyyətini dinlədikdən sonra xeyir-dua verib onları yola saldı. Mənimlə rabitə əlaqəsində olun.
Uşaqlar kənd uşaqları idi sərhədçilərdən heç də geri qalmırdılar. Amma çox yorulduqlarından yoxuşun sərt yamacında dayanası oldular.
Bəlkə bir az dincələk. Baş leytenant təklif etdi, heç kimin dinmədiyini görüb qərarını açıqladı. Pe-re-val.
Pis olmazdı. Kapitan Seyfullayev onunla razılaşdı və yerə oturdu, buna bənd imişlər kimi əsgərlər də tirtap göy otun üzərinə döşəndilər. On beş-iyirmi dəqiqə nəfəsimizi dərib yolumuza davam edərik.
Bir azdan gün qızacaq. Onda yoxuşu qalxmaq bizim üçün daha çətin olacaq. Leytenant Osmanov öz fikrini bildirdi. Məndən olsa yolumuza davam edərdik.
Heç nə olmaz. Beş-üç dəqiqə dincimizi alıb güc toplasaydıq, pis olmazdı. Xüsusi şöbənin zabiti fikrini əsaslandırdı.
Yol gəlmişik, bədənimiz qızışıb. Dayansaq halsızlaşa bilərik. Leytenant inadından dönmədi.
Sən heç bilirsənmi nə qədər yolumuz qalıb? Bir də bura sənə Sərhəd Akademiyasının idman meydançası deyil, Bıtarın dik yamacıdır. Axı sən hardan biləsən dik yoxuş nədir. Baş leytenant azaylandı.
Əgər dik yamacı qalxmaqda narahatçılıq çəkirsinizsə, onda yolumuzu dolayısı ilə davam edə bilərik.
Yetər mübahisə etdiniz. Kapitan Seyfullayev ayağa qalxdı və yerə döşənmiş əsgərlərə də qalxmaq işarəsi verdi. Madam ki, gedəcəyik, gedək. Çavuş İbrahimov, indi də sən qabağa keç.
Onlar hadisə yeri nə çatanda günəş üfüqdən bir baş da yuxarı qalxmışdı.
Uşaqlar, siz buraları tanıdınızmı?
Gecə qaranlıq idi, heç özümüz də bilmədik ki, bura haradan gəlib çıxmışıq.
Oraydı, cənab kapitan, oraydı. Çavuş İbrahimov məlumat verərək əli ilə altmış-yetmiş addımlıqdakı ağaclığı göstərdi. Biz sıldırım qayalıq tərəfdən sərhəd boyu baxa-baxa qayıdırdıq. Buradan keçəndə, bax, o yekə palıdın yanında şıqqıltı eşitdik. Fanarla palıdın yan-yörəsini işıqlandırdıq və uşaqların qaraltısını gördük. Dərhal: tərpənməyin, əllər yuxarı komandasını verdim. Uşaqlar isə bizi eşitməyib meşənin dərinliyinə tərəf qaçmağa başladılar.
Biz ağacın arxasında gizlənmək istədik. Qaranlıqda necə qaça bilərdik? Habil sanki indi özünə gəlirmiş kimi çavuşun sözünə etirazını bildirdi.
İndi mübahisə etməyin yeri deyil. Hadisə ilə bağlı nə bilirsinizsə danışın. Bir azdan gec ola bilər. Əməliyyata başlamaq lazımdır. Kapitan Seyfullayev təklif etdi. İki qrupa bölünürük. Baş leytenant Əzimov iki əsgərlə bir-iki kilometrlik sağ tərəfdə sıldırım qayalıq istiqamətində yoxlama-müşahidə aparır. Leytenant Osmanovla mən isə çavuş İbrahimovun üç əsgəri ilə bərabər uşaqların dağdağan yığdıqları yeri tapmaq üçün meşənin dərinliyinə doğru irəliləyəcəyik.
Baş leytenant Əzimovun dəstəsi öz xidməti vəzifəsini yerinə yetirmək üçün deyilmiş istiqamətə yollandı. Onlar gedəndən sonra kapitan Seyfullayev soruşdu:
Görürəm, diribaş zabitə oxşayırsan. Sənin təklifin nədir?
Heç şübhəsiz ki, Kor Miseyib yığdığı meyvələri mağarada gizlətmir, onun gizlətdiyi hər nədirsə daha qiymətli və əngəlli bir şeydir. Odur ki, biz onu tapmalıyıq. Bunun üçün bir-birimizdən əlli-altmış addımlıqda meşəni cəzirələyirmişik kimi dərinliyə doğru addımlamalıyıq. Ola bilməz ki, o, buralarda hər hansı bir iz buraxmasın.
Heç olmasa dağdağan yığdığınız yerdə yadınızda bir şey qalıbmı? Kapitan Seyfullayev uşaqlardan soruşdu. Meşə qalın idi, seyrəkdi? Ağaclar hündür idi, yoxsa alçaqdı?
Ağaclar alçaq idi və seyrəklikdi. Dağdağan ağacları çox idi, amma hər ağacda meyvə yoxuydu. deyə Habil cavab verdi.
Aydındır! Getdik. Kapitan Seyfullayev komanda verdikdən sonra dəstə hərəkətə keçdi.
On-on beş dəqiqə olardı ki, axtarış başlamışdı. Kapitan Seyfullayevin arxasınca gedən Habil tanış ərazi görüb dilləndi.
Oraydı. Əli ilə qarşıdakı təpənin ətəyini göstərdi. Sonra yaxınlaşıb qarşıdakı kolun yanına düşmüş dəsmalı qaldırdı. Biz orada dağdağan yığırdıq. Bu da mənim əl dəsmalımdır. Əlimi cibimdən çıxardanda düşüb.
Bəs mağara hansı tərəfdədir? Kapitan Seyfullayev xüsusi maraqla soruşdu.
Elə ki, yağış yağmağa başladı, onda hələ qaranlıq düşməmişdi, biz sıldırım qayalığa doğru getdik ki, böyük daşlardan birinin dibində gizlənib yağışdan qorunaq. Habil danışır və əli ilə oraları göstərirdi. Bir az getmişdik ki, Kor Miseyibin tələsə-tələsə sıldırım qayalığa tərəf yüyürdüyünü gördük. Çağırmağa qorxsaq da, onun arxasınca yollandıq. Əyilə-əyilə boz daşın dibindəki mağaraya girdiyini görüb dayandıq. Sonra daha irəli getməyib elə buradakı daşların dibində gizləndik ki, islanmayaq.
Kor Miseyibin haradan gəldiyini görmədiniz?
Yox. Biz onu qəflətən gördük, onda da mağaranın yaxınlığındaydı. Hə, daşın dibində nə qədər uzandığımızı bilmirəm, bir də ayağa qalxdıq ki, yağış kəsib, qaranlıq da düşüb. Ha axtardıqsa, gəldiyimiz yolu tapa bilmədik. Heç özümüz də bilmədik ki, sərhəddin qırağına necə gəlib çıxmışıq.
Uşaqların danışığından kapitan Seyfullayev təxmini də olsa mağaranın yerini müəyyənləşdirdi.
Mağaranın yanına hamılıqla getməyimiz məsləhət deyil. Leytenant Osmanov öz fikrini bildirdi. Yaxşı olar ki, siz burada qalıb müşahidə aparasınız. Əsgərlərdən birini çıxardın, ağacdan müşahidə aparsın ki, bizim də hərəkətimizi izləyə biləsiniz. Mən çavuş İbrahimovla mağaranın dəqiq yerini müəyyənləşdirməyə yollanıram. Sonra qayıdıb gələrəm, bir plan cızarıq.
Kapitan Seyfullayev razılaşdı. Əsgərlərdən birini müşahidə üçün ağaca çıxartdıqdan sonra yarpaqları daha sıx olan qoca ulas ağacının kölgəsində göy otun üstünə döşəndilər.
Leytenant Osmanovla çavuş İbrahimov isə ardınca uşaqların göstərdiyi istiqamətə yollandılar. Onlar gəlib qəflətən düz mağaranın üstünə çıxdılar. Geri qayıtmaq, gizlənmək mümkün olmadı, mağaranın ağzında oturmuş yekəpər biri ilə üz-üzə qaldılar. Yekəpər onlarla rastlaşacağını yəqin eləməsə də hər hansı təhlükəyə qarşı hazırlıqlı vəziyyətdəydi. Sərhədçilərə silahlarını qaldırmağa aman vermədən əlindəki dəyənəyi leytenantın başına endirdi. Osmanov bunu gözləmədiyindən avtomatı buraxıb əlbəyaxa döyüşün qaydalarına uyğun əlləri ilə dəyənəyi tutub qaytarmağa cəhd etdi. Ancaq iş-işdən keçmişdi, dəyənək leytenantın başına dəyib onu yerə yıxdı. Leytenantın yerə yıxıldığını görən yekəpər qaçmağa üz tutdu. Hadisə o qədər ani oldu ki, çavuş İbrahimov özünü itirdi, bilmədi yekəpərin arxasınca getsin, yoxsa nə etsin.
Cənab leytenant, sizə nə oldu? Yaxınlaşıb leytenantı ayağa qaldırmağa çalışdı.
Leytenant Osmanov gözlərini açıb bir də yumdu, dünya-aləm onun başına fırlandı. Ani olaraq fikirlərini cəmləşdirib gözlərini açdı və ayağa qalxdı. Dəyənək başına dəyməyinə dəymişdi, ancaq xoşbəxtlikdən əlləri ilə zərbənin qarşısını ala bilmişdi.
Hansı tərəfə qaçdı?
Bu tərəfə. Çavuş İbrahimov əli ilə yekəpərin qaçdığı səmti göstərdi.
Çavuş, yekəpərin dalınca! Leytenant Osmanov komanda verdi. Çox da uzağa gedə bilməz. Gördünsə xəbərdarlıq atəşi aç. Harda olsa tutacağıq.
Cənab leytenant, bəlkə qayıdıb kapitan Seyfullayevə məlumat verək?
İndi qayıtmaq vaxtı deyil. Yekəpər aradan çıxa bilər. Biz mütləq onu yaxalamalıyıq.
Çavuş İbrahimov yekəpərin qaçdığı istiqamətdə yerindən götürüldü. Leytenant Osmanov da özünü cəmləşdirib həmin istiqamətdə yol aldı.
Ağacın başından ətrafı müşahidə edən sərhədçi əsgər sıldırımlı qayalığın ətəyi ilə bir nəfərin qaçdığını görüb kapitan Seyfullayevə xəbər verdi.
Boz böyük daşın aşağısından bir nəfər meşəyə tərəf qaçır.
İrəli! deyə kapitan Seyfullayev komanda verdi və özü qabağa düşüb müşahidəçi əsgərin göstərdiyi istiqamətdə qaçmağa başladı. Onlar sıldırımlı qayalığın sonuna gəlib çatanda leytenant Osmanovla yekəpər əlbəyaxa döyüşürdülər. Bu an leytenant Osmanov yekəpəri fırlayıb necə fəndə saldısa o, tirtap yerə yıxıldı və qalxmadı.
Birdən ölüb eliyər ha Xüsusi şöbənin zabiti təngənəfəs olsa da zarafatından qalmadı. Zalım oğlu elə yıxıldı ki, elə bil yüz illik palıd kötüyü yıxıldı.
Narahat olmayın. Leytenant əlinin dalı ilə alnını tərini silib tövşüyyə-tövşüyyə dilləndi. İt ölər, parax ölməz, deyiblər. Şər işlərlə məşğul olanların hamısı it canlıdır. Zalım oğlu elə bil palıd kötüyüdür, yerə kök atıb.
Xəbərləri özlərindən tez çatmışdı zastavaya. Başda mayor Bədəlov olmaqla hamı əməliyyatda iştirak edən sərhədçiləri gözləyirdi. Təzə gəlmiş leytenantın qəhrəmanlığı da öz yerində. Əsgərlər bir-birinə onun fəndlərindən bəhs edirdilər. Çavuş İbrahimov az qala özünü təzə gəlmiş leytenantın dostu yaxın qohumu kimi aparırdı.
Çevik sərhədçi manqasından ayrılmış üç nəfərin müşaiyəti ilə xüsusi şöbənin zabiti kapitan Seyfullayev Kor Miseyibi sərhəd dəstəsinin qərargahına apardı. Hərtərəfli araşdırma aparmaq üçün mağarada gizlədilmiş qara torbanı da özləri ilə götürdülər. Onlar gedəndən sonra mayor Bədəlov zastavanın şəxsi heyətini cərgəyə düzüb təzə gəlmiş leytenantı onlara təqdim etdi.
Düzlən! Farağat! deyə komanda verdi. Sərhəd Qoşunları Komandanının əmri ilə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsinin təşkili məqsədilə xidmət keçmək üçün leytenant Osmanov bizim zastavaya göndərilib və zastava rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsinə təyin olunub. O, elə ilk gəlişi ilə öz şücaətini və bacarığını göstərdi. Onu sizə təqdim edirəm. Zastavada xidmət keçən bütün gizir, çavuş və əsgər heyətinin ona tabe olmasını, əmr və göstərişlərini sözsüz yerinə yetirməsini nəzərinizə çatdırıram. Eyni zamanda cinayətkarın yaxalanmasında göstərdiyi şücaətə görə təşəkkür elan edirəm.
Azərbaycan Respublikasına xidmət edirəm! Leytenant Osmanov sağ əlini gicgahına dayayaraq hərbi salam verdi.
Azad! Bundan sonra mayor Bədəlov komanda verdi. İndi sərbəstsiniz, dağılışın.
Əsgər və çavuşlar cərgələrdən çıxıb dağılışaraq xidmət yerlərinə yollandılar.
Siz isə gedin, istirahət edin. Nəyə ehtiyacınız olarsa baş leytenant Əzimovdan soruşun, çəkinməyin. Axşam yeməyinə də gecikməyin. Aşbaza tapşırmışam, sənin masana iki nəfərin payını qoyacaq. Sən axı səhərdən bir şey yeməmisən.
Oldu!
Leytenant Osmanov indi hiss etdi ki, başında şiddətli ağrılar var. Əvvəlcə tibb məntəqəsinə yollandı. Orada başına buz qoydurub yarım saatadək uzandı. Sonra ona ayrılmış xidməti otağına gəldi. Səliqə-sahman yaradıb uzandı.
Səhər tezdən onu yuxudan qapının tıqqıltısı oyatdı.
Cənab leytenant! Qapının arxasından çaparın gur səsi eşidildi. Sizi mayor Bədəlov çağırır.
Tez yataqdan qalxıb paltarını geyindi. Otaqdan çıxıb iti addımlarla mayor Bədəlovun dəftərxanasına yollandı.
Cənab mayor!
Gəlişi haqqında məlumat vermək istəyəndə mayor Bədəlov onu saxladı.
Osmanov! Kənd məktəbində sərhədçilərlə bağlı tədbir təşkil ediblər.
Bu çox yaxşı işdir, cənab mayor. Dünən bu barədə mən sizə təklif vermək istədim, ancaq fikirləşdim ki, birdən yersiz olar. Siz illərlə qazandığınız təcrübəyə uyğun nə etmək lazım olduğunu məndən də yaxşı bilirsiniz. Leytenant bir az fasilə verib sonra sözünə davam etdi. Tədbirdə çıxış edib Habillə Cümşüdü sərhədçilərin dostu elan etmək lazımdır. Qoy onlar bundan sonra sərhədçiləri görəndə qorxub qaçmasınlar. Ərazidə rastlarına çıxan bütün şübhələr barədə dərhal sərhədçilərə məlumat versinlər.
Bax, bunları gedib məktəbdə, toplantıda söyləyərsən.
Cənab mayor, mən təzə gəlmişəm. hələ ki, zastavanı, qoruduğumuz ərazini düz-əməlli tanımıram. Bəlkə görüşə baş leytenant Əzimovu göndərəsiniz.
Mən də istərdim baş leytenant Əzimovu göndərəm. Ancaq icra nümayəndəsi zəng edib müəllim və şagirdlərin səni görmək istədiklərini bildirdi. Çavuş İbrahimova tapşırmışam, özü ilə iki nəfər nümunəvi xidmət keçən əsgər götürəcək. Səhər yeməyindən sonra yola düşərsiniz. Mayor Bədəlov bunu deyib sürmədən iki ədəd döş nişanı çıxartdı və onları leytenanta uzatdı. Al, bunlar sərhədçinin dostu döş nişanıdır, Habillə Cümşüdün yaxasına taxarsan.
Cənab mayor, o nişandan varsa, birini də verin.
Üçüncü nişanı neyləyəcəksiniz?
Bəlkə məktəbdə, ya kənddə elə bir fəal tapıldı ki, onun da yaxasına nişan taxası olduq.
Yaxşı, qoy olsun. Mayor Bədəlov siyirmədən daha bir döş nişanı çıxardıb leytenanta verdi.
Kənd çox da uzaqda deyildi zastavanın iki kilometrliyində yerləşirdi. Leytenant Osmanov sərhədçi əsgərlərlə məktəbə çatanda saat doqquzu keçmişdi. Növbətçi müəllim onları qarşılayıb müəllimlər otağına apardı otaq çatışmadığından məktəb direktoru da müəllimlər otağında otururdu. Direktor və müəllimlər sərhədçilərin gəlişinə çox sevindilər, ayağa qalxıb onlarla çox mehriban, lap doğmaları kimi görüşdülər. Leytenant Osmanov burada heç kimi tanımasa da, bir doğmasını axtarırmış kimi diqqətlə hamını nəzərdən keçirdi. Direktor oturduğu masadan bəridəki masanın arxasında əyləşən qarayanız suyuşirin qız ona yaman xoş gəldi, harada, nə vaxt gördüyünü, yaxud qarşılaşdığını xatırlamağa çalışdı. Deyəsən, müəllimə qız da ona altdan-altdan göz qoyurdu. Bu nədir, yoxsa mən vuruluram, aşiq oluram? deyə leytenant tez də nəzərlərini həmin müəllimə qızdan yayındırmağa çalışdı.