Nar çubuğu - Azəri Əli Bəy 2 стр.


Qonşulardan seçilmək istəmədim. Qoca dediyi kimi şəxsiyyət vəsiqəmin nömrəsini qeyd etdim və imzaladım. Muxtar kişi ərizəni qovluğuna qoydu.

 Bundan sonra görəcəksən, bütün işlərin xod gedəcək. Tək yaşayan qadının evində kişinin peyda olması uğur əlamətidir.

Qoca qovluğu da götürüb sevinə-sevinə getdi. Onun uşaq kimi sevindiyinə lap gülməyim tutdu. Bir də nə dediyini anlaya bilmədim. Bu nə deyir? Kişinin peyda olması nə demək? Uğur əlaməti nədir? Mənim axı heç bir planım yoxdur. Heç bu barədə düşünmürəm də Belə yaşayışımdan, belə halımdan razıyam.

İki gün sonra axşam işdən gələndə gözlərimə inanmadım. Binanın arxa tərəfində yolun düz qırağında zibil qutularını kənar müdaxilələrdən qorumaq üçün üstüörtülü xüsusi yerin tikintisinə başlamışdılar. Hələlik isə zibilqablarını dəyişmişdilər. Üstüaçıqları götürüb, yerinə qapağı açılıb-örtülən qablar qoymuşdular.

 Həə Bu, artıq real iş oldu,  deyib keçdim.

"Sən demə, Muxtar kişi zəhlətökən deyilmiş, özü dediyi kimi, səksəni çoxdan haqlayıbmış. Dünyagörmüş adam kimi sözü havaya atmayacaqdı ki Bəlkə".


Ağbaş

İyirminci əsrin sonu bizə üfüqdən baxırdı. Üfüqün o tayınamı keçmişdik, yoxsa sürüşüb geri düşmüşdük, bilmirəm. On il idi ki, aralanmışdıq. İki mininci ilin ilk onilliyində atlarımızı hara gəldi, dördnala çapırdıq. Bizim üçün yeni dövr ötən əsrin doxsanlarından başlayırdı. O vaxt kimin taleyinə hara yazılmışdısa, həyat neyinin akordlarını orda dınqıldatmaq xoş xatirə kimi hərdən yaddaşımızı təzələyirdi.

Elə mən də o vaxtdan Moskvadaydım, mərkəzi topdansatış bazalarının birində köhnə dövrün dili ilə desək baş kassir, təzə qaydalara görə xəzinədar işləyirdim. Alınan mallara nəzarət edirdim, məbləğin aparata düzgün vurulmasına baxırdım ki, həm itgi olmasın, həm də vergi ödəmə vaxtı problemimiz yaranmasın. İşçilər arasında İqtisad universitetini bitirən yeganə adamdım, şef sənədlərimdən başqa savadımı, beyniıni, bir də fantaziyamı yoxlayıb işə götürmüşdü. Ticarətdə ki, fantaziyan olmadı, batdın, həmişə belə deyərdi. Neçə ildi ki, burdayam. İnsafən, vəziyyətimdən razıyam, işlərim yaxşı gedir.

Tanıyanlar bilir, Moskva Moskvadı, təsvirinə, tərifinə ehtiyac yoxdu, qoynunda hamıya yer tapılır. Sovetlər dövründə də beləydi, sovetlər dağılandan sonra da

Bizim Moskvada nə azarımız var? Hamımız bura işləməyə, qazanmağa gəlmişik. O boyda imperiyanın, indi də Rusiyanın baş şəhəridi, burda iş də yaxşıdı, qazanc da. Nə qədər ki, cavanıq, canımız gümrahdı, işləməli, qazanmalıyıq.

Şefımiz Leninqrad şəhərindən gəlib. Yaxşı adamdır, gözü, könlü toxdur. Görüb, götürmüş, alicənab ailədən çıxdığı dərhal hiss olunur. Qiymətləri də miinasib müəyyənləşdirir, işçilərini də dolandırır. Onların işlərinə çox varmasam da hiss edirəm ki, son vaxtlar Moskvanm idarəçiliyini leninqradlılar ələ alıblar. Təkcə ticarətdə yox, elə hər sahədə

Bazada bir çox millətlərin nümayəndələri işləyir. Sülh və əmin-amanlıq şəraitində dolanırıq. Nə Pribaltika ölkələrindən bir adam var, nə də Cənubi Qafqazdan, Azərbaycandan yeganə adam mənəm. Düzdür, əvvəlki kimi dostluq münasibətləri qalmayıb, kapitalizm öz boz sifətini hamıya göstərməkdədi, indi hamı öz qazancını düşünür. Bununla belə, aramızda müəyyən xətir-hörmət qorunub-saxlanılırır. Şef özü də ciddi intizamlıdı deyə işdə heç kim cızığından çıxmır.

Şef mühafızə məsələsini çeçenlərə tapşırıb, bazanın əsas vuran qolu onlardı. Mühafızənin rəisi hamımızın böyüyü sayılır. Düzdür, hər kəs öz sahəsində işini aparır, amma bir problemimiz yarananda onunla məsləhətləşməli oluruq.

Sovetlər vaxtı çoxlarının yuxarıdan aşağı baxdığı özbəklər də xüsusi fəallıqları ilə seçilir, bazaya canıyananlıq göstərirlər. Onlardän ikisi şefın ən yaxın etibarlı adamına çevrilib. Biri bazanın içində fəaliyyət göstərir, digəri isə bazanın kənarında dolaşır. Əlli, yüz addım məsafədən bir it keçsə belə, şefın ondan da xəbəri olmalıdı.

Xülasə, hər kəs başını aşağı salıb şefın müəyyənləşdirdiyi qaydada öz işi ib məşğul olur. Mən kassaya baxıram, o birilər də öz işlərinə. Bəzən bütün günü başıını qaldırmağa vaxtım olmur. Çox nadir hallarda ortada boşluq yaranır. Belə günlərin birində bazanın kənarında fəaliyyət göstərən özbək Vaxob təngənəfəs qaçıb yanıma gəldi.

Çöldə bir kişi var, səninlə maraqlanır. Ucaboy, heyvərənin biridir, saçları da dümağ, pambıq kimidir. Deyir həmyerlindir.  Vaxob bunları birnəfəsə üyüdüb tökdü.

Day çöldə niyə qabağını kəsib saxlamısan?  Yarızarafat, yarıciddi Vaxoba acıqlandım.  Madam ki, bazanın giriş qapısınacan gəlib, deməli, buranı tanıyır. Həmyerlim olduğunu söyləyir, qoy, içəri keçsin.

Doğrusu, hərdən həmyerlilər üçün darıxırdım. İş-ev, ev-iş başımı elə qatırdı ki, bir də görürdün ayınan bir azərbaycanlı ilə qarşılaşmırsan. Adamın burnunun ucu göynəyir həmyerlisini görmək, öz ana dilində beş-on kəlmə danışmaq üçün

Yox e Vaxob oğurluq üstündə tutulmuş adamlar kimi udqundu, çeçələdi.  Belə birtəhər adamdı. Tez-tez ora-bura boylanır, vurnuxur, nəsə narahat adama oxşuyur. Ona görə qaçıb gəldim ki, xəbər verəm.

Nətəri adam olur-olsun, burax, gəlsin. Sən heç narahat olma. Əgər bir şey baş versə də, qorxma, Murad burdadı.  Çeçenlərin, həm də mühafızənin böyüyünün adı Murad idi, onu nəzərdə tuturdum.

Vaxob çıxdı. Bir az keçmiş həmyerlim gəldi. Vaxob dediyi kimi ucaboy yekəpərin biriydi, yoğun olmasa da dolubədəndi. Saçları ağappaq ağarmışdı, müharibə vaxtı yığılmadığından tarlalarda qalıb bozumtul-ağımtıl rəng alan Beyləqan pambığına oxşayırdı, sifətində qırışlar əmələ gəlmişdi, ciddi görkomi vardı. Boylu-bııxunluydu; ya idmançıydı, ya da sistem adamıydı, mənim nəzərimcə

Zdorov!  Məni rusca salamladı, əl tutub görüşdük.  Kto xozyain?

Mənə maraqlı göründü. Mənim adıma, mənim yanıma gəlibsə, xozeynu neynir?

Nc vajno.  Astadan cavab verdim, şef özü belə tapşırmışdı, hər şeyə görə məni narahat etməyin, yola verin, getsin, demişdi.  Nə lazımdı, mənə deyin.

Bundan sonra daha heç nə demədi. Vitrinlərin, polkaların arası ilə bir xeyli gəzdi, qiymətlərə baxdı. Sonra xırım-xırda şeylər; ketçup, siqaret, südlü sosiska, cem, mayanez və başqa tez-tez tələb olunan ərzaqlardan götürdü. Karzinə yığıb kassaya yaxınlaşdı.

Posçitay!  dedi.

Ərzaqları bir-bir götürüb qiymətlərinə baxdım, kassa aparatına vurub hesabladım. Çek çıxardıb təqdim etdim.

Sizdə qiymətlər münasibdir, başqa yerlərə baxmış nisbətən ucuzdu.  Bunu da rusca dedi və aldıqlarının pulunu ödədi.

Pulun qalığını qaytardım. Alıb cibinə qoydu və çıxıb getmək istədi. Hörmət əlaməti olaraq mən də onunla çıxdım ki, qapıdan yola salım, getsin.

Xətrinə dəyib-eliyən yoxdur ki?  Çöldə bunu soruşdu.

Yox! Yaxşılıqdı. Çoxdan burdayam. Alışmışam. Hamı da tanıyır.

Varsa, de, çəkinmə.  İsrarla soruşdu.  İstəyirsən, şefin telefonunu ver, bu dəqiqə zəng vurub tapşırım

Ehtiyac yoxdur.  Gülümsündüm ki, arxayın olsun.  Münasibətimiz yaxşıdır. Təşəkkür edirəm.

Bax də Bura Moskvadır, yetim-yesir yeri deyil. Diribaş olmaq lazımdır. Fağır olarsan, başına qapaz vurub çörəyini əlindən alarlar.  dedi.

Darvazanın ağzına çatmışdıq deyə sağollaşdıq. O, ancaq rus dilində danışdı, mən də rusca cavablandırdım. Niyə belə elədi, baş açmadım. Adətən, burda həmyerlilər görüşəndə öz dillərində danışırlar. Aralıda dayanan maşınına oturub getdiyini görəndən sonra bazaya qayıtdım. Murad qapının ağzında məni gözləyirdi.

Həmyerlindi?  Çatan kimi soruşdu.  Bəs niyə rusca danışırdmız? Adı nədir?

Hə.  deyib çiynimi çəkdim, hesabat verməyi xoşlamırdım.

Onu hardan tanıyırsan?  Əl çəkmədi.  Ya o, səni hardan tanıyır?

Tanımırdım. İndi tanış olduq.

Adı nəydi?  Bir də soruşdu.

Maraqlanmadım.

Bax ha ehtiyatlı ol.  Murad xəbərdarlıq etdi.  Biz adam tanıyanıq, sifətindən dələduza oxşayır.

Elə demə İnciyəntəhər oldum.

Bəs nə deyim?  Murad gülümsündü, yəqin ki, könlümü almaq islədi.  Görmürsən qurddur?

Mənim həmyerlim qurd olmalıdır də Pərtliyim sovuşdu.  Çaqqal, it olmayacaq ki

Doğrusu, Muradın cavabını versəm də, acı sözlərinə alındım, bir az da pərtfason oldum, ancaq çox da büruzə vermədim, özümü o yerə qoymadım, guya əhəmiyyətsiz hesab elədim. Özlüyümdə bir az da götür-qoy etdim. Murad dayanmışdı, mənim hələ də sözlü adama oxşadığımı, nəsə deyəcəyimi gözləyirdi.

Bizə qarşı nə dələduzluq eliyəcək?  Mən də acıqlı cavab verdim.  Burda hər şey göz qabağındadı. Ərzaq məhsullarından götürdü, onu da qəpiyinəcən ödədi.

Narahat olma. Bizim də nəzərimiz üstündəydi. Dedik birdən narkotik-zad atar polkalara Siz çölə çıxan kimi dərhal göz gəzdirdik gəzdiyi yerlərə Tərtəmizdir.

İndi başa düşdüm ki, şef nəyə görə çeçenlərə bu qədər üstünlük verir.

***

Dəqiq yadımda deyil, aradan bir həftə, on günmü keçmişdi, yenə Vaxob qaça-qaça gəldi ki, bəs həmyerlin qapının ağzındadır.

Yenə də sakitlikdi, boş idim. Bilmirəm təsadüfdən idimi, yoxsa həmyerlim aralıda durub bazanın qabağını güdürdü, sakitlik olanda gəlirdi, hər nəydisə, yenə özümüz idik. Sözün diizü, Muradın danışığından sonra mən də ehtiyatlı davranmağa qərar vermişdim.

Çıxdım qarşılamağa. Gördüm ki, formadadı, əynində ədliyyə işçilərinin geyimi vardı, çiynində də üç böyük ulduz parıldayırdı, polkovnik rütbəsindəydi. Buna çox sevindim, ehtimalım düz çıxmışdı, həmyerlim sistem adamıydı, özü də yüksək rütbəli. İstər-istəməz fərəhləndim, qürur hissi məni ağuşuna aldı. Buna kim sevinməzdi?

Salam.  Bu dəfə öz dilimizcə, azərbaycanca danışırdı.

Salam.  Əl tutub görüşdük.

Şefin burdadı?  Mənə elə gəldi ki, sözgəlişi, xala, xətrin qalmasın deyə soruşur.

Problem yoxdur, mən burdayam.

Özü olsaydı, yaxşıydı.

Belə deyəndə, dalağım sancdı. O dəqiqə başa düşdüm ki, nəsə yükləmək istəyir. Havayı deyildi, on beş ildən artıq idi ki, həm Moskva kimi mərkəzi şəhərdəydim, həm də ticarətin mərkəzində. Sistem işçilərinin biznes adamlarından umacaqları olduğundan xəbərdardım. İndi bunu çox adam bilirdi. Ticarətdə işləyəsən, bunu bilməyəsən

Narahat olmayın, nə lazımdır, deyin.

Bilirsən, bu gün bizim şefin ad günüdür. Onun da hər şeyi var, bahalı maşınları, villası, daçası, bir sözlə, heç nəyə ehtiyacı yoxdur. İstəyirdim bir blok bahalı siqaret hədiyyə edim, xarici Durub atıla-atıla yanına gedəsi deyiləm ki

Malboro.  Dərhal təklif etdim, özüm siqaret çəkmədiyimdən, həm də bizdə, bazada olan ən bahalı siqaret bu idi. Odur ki, ağlıma gələni səsləndirdim.

Xəfıfcə gülümsündü.

Malboro yaramaz. Malboro keçmişin bahalı siqaretiydi. İndi elə siqaretlər çıxıb ki dedi.  Həm də damskiy siqaret lazımdı. Boss qadındı.

Həmyerlim hələ şefımizi soruşanda başa düşmüşdüm ki, bu dəfə nə götürsə, qalacaq mənim üstümdə. Bunu özü olsaydı, yaxşıydı deyəndə hiss etmişdim, ancaq geri çəkilə bilməzdim.

Yenə də özünüz bir baxın.  Hər ehtimala qarşı təklifımi etdim.

İçəri keçdik. Həmyerlim keçən dəfəki kimi vitrinlərə göz gəzdirdi, polkaların arası ilə gəzib dolaşdı. Hardasa iki min, iki min beş yüz rublluq ərzaq malları götürüb kassanın qabağına düzdü. Onları hesablayıb kassa aparatına vurdum. Pulunu ödəmək istəyəndə qoymadım.

Mənlikdi.  dedim.  Bir dəfə də qonaq olun.

Təklifımə qarşı çıxmadı, dərhal pulunu qatlayıb cibinə qoydu.

Təşəkkür edirəm.  dedi.

Yenə də onu ötürməyə çıxdım.

Mən general Varonçova ilə çox yaxınam.  Çöldə astadan pıçıldadı.  FTX-nın generalıdı, nə problemin olsa, çəkinmə, de, buralar bizlikdi.

Şükürlər olsun. Hələ ki, bir problemim yoxdur,  dilucu təşəkkürümü bildirdim.  Bir də ki, mən kiçik adamam, generallıq nə problemim olasıdı. Elə sizin kimi adamla tanış olmaq mənə bu qərib diyarda dünya boydadı.

Həmyerlimi yola salıb geri qayıdanda yenə də Muradla üz-üzə gəldik.

Ağbaş həmyerlin polkovnikdir?

Bazanın işçiləri ona ad da qoymuşdular: Ağbaş. Öz aralarında belə danışırdılar: Ağbaş gəldi, Ağbaş burdan keçdi.

Özün görmədin?  Sualını sualla qarşıladım.

Gördüm. Harda işləyir? Vəzifəsi nədir?

Soruşmadım.

Soruşardın də Murad əlini əlinə vurub heyfsləndi.  Bəlkə bir işimizə yaradı.

Özü də dedi e fıkir vermədim.

Nə dedi?

Dedi ki, general Varonçovanın xidmətindəyəm.

FTX Varonçovanın?

Hə Nədir ki?

Heç bilirsən o, kimdir?

Yooxxx

Bilməsən yaxşıdır.

Murad bunu deyib getdi. Təxminən bir saat sonra özbək Vaxob yenə başılovlu gəldi yanıma.

İndi nə olub?  Bu dəfə mən onu qabaqladım.

Sənin o polkovnik həmyerlin bu dəfə gedib mənim o yetim-yesir kəndçilərimə ilişib, çörəklərinə bais olub.

Nə kəndçilərinin? Hansı kəndçilərinin? Bir düzəməlli-başlı danış görüm

Vaxob danışdı. Sən demə, onun üç həmkəndlisi yaxınlıqda Özbək təndiri işlədirlər. Cürbəcür şirniyyatlar bişirib satırlar. Orda oturub çay içməyə, piroq yeməyə yerləri də var. Polkovnik həmyerlim burdan gedəndə dönüb özbəklərin işlətdiyi təndirə. Oturub, çay, piroq sifariş verib. Yeyib-içəndən sonra təndiri işlətmək üçün müvafıq sənədlərinin olub-olmadığını soruşub. Özbək əkələr şalvarı batırıblar. Ağbaş polkovnik onları bir az da sıxma-boğmaya salanda deyiblər ki, sahə müvəkkilinə aylıq verirlər. Sahə müvəkkilinə zəng vurub onu haraya çağırıblar. Dişinin dibindən çıxanı deyib sahə müvəkkilinə ağbaş polkovnik, abrını ətəyinə büküb, təcili baş ədliyyə idarəsinə çağırtdırıb. Özbəklərə də tapşırıb ki, sizə üç gün vaxt verirəm, ya adama min dollar hazırlayıb verin, canınız qurtarsın, ya da əlli-ayaqlı gedirsiniz içəri. Odur ki, özbəklər düşüblər əl-ayağa, kömək üçün həmyerlilərindən gümanları gələn hər kəsə ağız açırlar.

Ağbaş pulun dalınca nə vaxt gələcək?  deyə soruşdum.

Üç gündən sonra səhər tezdən gələcəyini deyib.

Gələndə xəbər verərsən, gedib danışaram.

Bəlkə

Nə bəlkə? Onun qaldığı yeri tanımıram, işlədiyi idarənin harda yerləşdiyini bilmirəm, telefon nömrəsini də götürməmişəm ki, zəng vuram, görüşək. Başqa variantımız varmı? Vaxob gözlrini döyüb durdıı.

Uşaqlara telefon nömrəsini veribmi?

Yox.

Ağlıma bir ideya gəldi.

Bəlkə sahə müvəkkilindən nömrəsini alsınlar Axı deyirsən, ona zəng vurub.

Sahə müvəkkilinə öz telefonu ilə zəng vurmayıb. Uşaqların telefonu ilə danışıb.

Yaxşı onda gözləyək Gözləməkdən başqa çıxış yolumuz yoxdur. Sən kəndçilərinə de, pulu hazırlasınlar. Gələndə mən danışaram, dediyi məbləğdən nə qədər endirsəm, kəndçilərinin xeyrinədir.

***

Ağbaş polkovnikin pul dalınca gələcəyi günü işə günorta getməliydim. Kirayə qaldığımız evdə oturub zəng gözlıyirdim. Gözləyirdim ki, özbəklər xəbər etsinlər, gedib danışım.

Kirayə etdiyimiz mənzil üç otaqdan ibarət idi. Az xərcimiz çıxsın deyə altı nəfərlə bir yerdə qalırdıq. Dolanışığımız yaxşıydı. Dostluq, həmrəylik şəraitində xidmətlərdən istifadə edirdik. Hər kəs özündən sonra səliqə-sahman yaradırdı. Belə danışmışdıq öz aramızda, çalışırdıq ki, zibilləməyək.

Bazada işləyən bir qırğızla foyedə oturub vaxtın keçməsini gözləyirdik. Divara vurıılmuş televizor özü üçün qırıldayırdı. Qırğız televizorla üzbəüz idi, gözlərini ekrana zilləmişdi. Mən isə televizorun alt tərəfındəki taburetkada oturub divara söykənmişdim. Fikrim özbəklərin, ağbaş polkovnikin yanında qalmışdı. Birdən qırğız qayıtdı ki, bəs həmyerlini tutublar, odur göstərirbr. Taburetkadan qalxıb ekranın qarşısına keçənə kimi göstərib keçdilər. Aparıcı qız qeyri-qanuni polkovnik formasını geyınmiş bir adamın həbsini qeyd edir, dələduzluq yolu ilə sahibkarlardan pul tələbindən danışırdı.

Назад Дальше